Sumqayıtda 31 yaşlı hamilə gəlin ərini bıçaqladı — TƏFƏRRÜAT



Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü İranə qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Məmmədi (adlar şərti verilib – red.) bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 19 iyul 2022-ci ildə, gecə saat 23 radələrində baş verib. İranə yaşadığı evin qonaq otağında qeyri-rəsmi yaşadığı Məmmədin onu hamilə vəziyyətdə qoyaraq getməsinə, ayrı-ayrı qızlarla görüşməsinə iradını bildirib. 

Bu səbəbdən onların aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı İranə ərini cəzalandırmaq üçün qisas məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla onun sol qarın nahiyəsinə bir dəfə vurub. 

Hadisəni törədən İranənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İranə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə iyulun 19-da gecə baş verib: “Hadisə baş verdiyi gün Məmməd sərxoş vəziyyətdə evə gəldi. Sərxoş vəziyyətdə olduğu üçün əməlini idarə edə bilmədi və məni döyməyə başladı. Aramızda olan mübahisə təxminən 2 saat müddətində davam etdi. Məmməd mənim hər yerimə vurdu”. 

Təqsirləndirilən şəxs  qeyd edib ki, Məmməd onu döyərkən 7 aylıq hamilə olub və onun uşağına xəsarət yetirəcəyindən qorxub: “Həmin vaxt divanın üzərində bıçaq var idi. Mən də məcbur qalaraq həmin bıçağı götürdüm və Məmməddən müdafiə olunmaq üçün onu vurdum. Məmmədi bıçaqla vurmaqda məqsədim sadəcə özümü və bətnimdəki uşağımı müdafiə etmək olub”.

İş üzrə zərərçəkmiş Məmmədin sözlərinə görə, Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, İranəni 5 ildir  tanıyır: “Biz 2 il müddətdir ki, birgə yaşayırıq. Əvvəllər evli olmuşam. Əvvəlki evliliyimdən də övladım var. Hadisə baş verdiyi gün 0,7 litr miqdarında spirtli içki qəbul etdim və sərxoş vəziyyətdə oldum. Spirtli içki qəbul etdikdə öz əməllərimi idarə edə bilmirəm. İranə ilə aramızda qısqanclıq zəminində mübahisə yarandı. Biz bir müddət mübahisə etdikdən sonra əsəbləşərək bıçağı götürdüm. Lakin həmin bıçaqla ona zərbə endirmədim. Bıçağı divanın üzərinə tulladım. Sonra İranəni döydüm. Onu döydüyüm vaxt hamilə idi”. 

Zərərçəkmişin ifadəsinə görə, İranə ona bıçaq zərbəsi endirdikdən və onların mübahisəsi sona çatdıqdan bir müddət sonra ağrılarının olduğunu bilib: “İranə də dərhal məni xəstəxanaya apardı. Xəstəxanada məndən kim tərəfindən bıçaqlanmağım soruşuldu. Polis əməkdaşlarına da tanımadığım şəxslər tərəfindən bıçaqlandığımı bildirdim”. 

Məmməd deyib ki, bundan sonra bu məsələ yekunlaşıb, onlardan bu bıçaqlanma olayı ilə bağlı nəsə soruşan olmayıb: “Təxminən 6-7 ay sonra İranə ilə yenidən aramızda mübahisə yarandı. Bu mübahisə zamanı da sərxoş vəziyyətdə olmuşam. İranə əsəbləşərək polis orqanına şikayət etdi”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İranənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.

20-06-2024, 12:53 198

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106