QAİ Sumqayıt nümayəndəliyinin gəncləri "Gənclər Günü"nü qeyd etdilər-FOTO

Fevralın 2-də Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyində  “Gənclə Günü”  ilə əlaqədar tədbir keçirilib. 
Sumqayit.tv
-in məlumatına görə, əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü üçün canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov 2025-ci ildə  Sumqayıtın “Gənclər Paytaxtı” seçilməsi münasibətilə tədbirə qatılan gəncləri təbrik edib. O qeyd edib ki, tarixin hər zamanında gənclərin rolu böyük olub. Biz bunun bariz nümunəsini 2020-ci ildə Vətən Müharibəsində gördük.  Azərbaycan gəncliyi 44 günlük müharibədə, tarixlərə keçəcək dastan yazdı. 30 il ərzində ermənilərin qurduqları istehkamları Azərbaycan ordusunun gənc əskərləri darmadağın edərək, həsrətlə gözlədiyimiz Qarabağı özümüzə qaytardı. Gəncliyin rolu budur. 
“İndi isə qarşımızda Qərbi Azərbaycana qayıdış məsələsi durur. Hesab edirəm ki, bu məsələdə də siz gənclərin görəcəyi işlər çoxdur. Belə ki, burda olan və olmayan gəclərimiz öz ağıl, bacarıq və biliklərindən maksimum istifadə edərək, Qərbi Azərbaycanın tarixən bizə məxsus olduğuna dair informasiya müharibəsinə qoşulmalı və qərbi azərbaycanlıların haqq səsini beynəlxalq aləmə çatdırmalıdırlar. Bunun üçün dövlət başçımız cənab İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinin bütün qurumları bizlərə, o cümlədən də sizlərə böyük meydan verib. Bəli, düşməni öz silahı ilə susdurmaq lazımdır. O silahın adı isə tarixi həqiqətlərə söykənən təbliğat maşınıdır ki, burda da dil bilən, internet resurslarından səmərəli istifadə edən gənclərə böyük ümüd bəslənilir”. - deyə, R.İsmayılov nitqini yekunlaşdırıb.   
 
QAİ Sumqayıt nümayəndəliyi Gənclər Birliyinin sədri İlkin Şirinov bildirib ki, bir zamanlar deyirdik hamımız Qarabağlıyıq. Allaha şükürlər olsun bu məsələ uğula yekunlaşdı. İndi isə hamımız deyirik və deməliyik ki, Qərbi Azərbaycan bizim əzəli və əbədi torpağımızdır. 
“Bilirsiniz ki, hal-hazırda dünyada informasiya savaşı gedir.  Bu işdə əsas yük başqa dövlərdə olduğu kimi , bizdə də gənclərin üzərindədir. Aparılan savaşı  qalibiyyətlə sona çatdırmaq üçün isə milli-mənəvi məsuliyyət hissi altında mübarizəyə qoşulmaq və öz həqiqətlərimizi dünya ictimayyətinə çatdırmaq durur”. 
 
Sonra QAİ Sumqayıt mümayəndəliyinin Gənclər Birliyinin üzvüləri Zaur Allahverdiyev, Murad Nəbiyev, Həsən Xıdırov, Heydər Vəliyev, Emin Nəbiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin gənclər siyasətindən və onlara göstərilən diqqət qayğısından danışaraq,  Qərbi Azərbaycan məsələsində də gənclərimizin bir olmalarını və qayıdış istiqamətində görməli olduqları işin vacibliyini vurğuladılar. 



















2-02-2025, 19:22 516

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106