Reyxə müharibə elan edən Tuva türkləri - Onlar Hitleri güldürüb, minlərlə faşist öldürüblər


III Reyxin reyxs-kansleri Adolf Hitler Tuvanın (tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər) nasistlərə müharibə elan etməsi xəbərini alanda o, sadəcə gülüb. Fürer bu ölkəni xəritədə belə tapa bilməyib. Amma bu gülüş tezliklə tamam başqa emosiyalarla əvəzlənib.
Hələ Böyük Britaniyanın baş naziri Uinston Çörçilin SSRİ-ni dəstəkləmək haqqında tarixi nitqini söyləməyə vaxt tapmamış Tuva Xalq Respublikası 1941-ci il iyunun 22-də Almaniyaya müharibə elan edib. Bu qərar müharibənin ilk dövrünün ən gözlənilməz diplomatik gedişlərindən biri olub.
34ebfa26-25e2-4af3-a859-33ad0d9d9278.jpg (177 KB)
Hələ Sovet İttifaqının tərkibində olmayan kiçik Asiya respublikası (rəsmi qoşulma yalnız 1944-cü il avqustun 17-də baş verib) dərhal nasizmə qarşı mübarizədə əhəmiyyətli köməklik göstərməyə başlayıb. Onlar sovet iqtisadiyyatını gücləndirmək üçün qızıl, süvarilər üçün minlərlə dözümlü at, yeməklə təmin etmək üçün mal-qara, əsgərlər üçün isti paltar, xəstəxanalar üçün dərman bitkiləri və s. yardım ediblər.
Qorxu bilməyən döyüşçülər
1941-ci il iyun ayının sonunda Tuvada genişmiqyaslı səfərbərlik başlayıb. İki il sonra Tuvanın paytaxtı Qızıldan 206 könüllü cəbhəyə gedib. Hərbi hazırlıqları olmayan döyüşçülər sinələrinə şaman amuletləri taxaraq çeviklik göstərib, nasistlərə ağır zərbələr vurublar. Tuva döyüşçüləri öz qədim adətlərinə uyğun hərəkət ediblər, bu da almanların nizami ordusuna qarşı təsirli olub.
8ac2b396-a265-47f1-9280-205e64f061a6.jpg (143 KB)
Tuvalı könüllülərin əsas xüsusiyyəti onların təbiətlə və əcdadlarının adət-ənənələri ilə əlaqəsi olub. Uşaqlıqdan bəri oyuncaqlar əvəzinə ov bıçaqları ilə sərt şəraitdə oynayan türklər unikal döyüş taktikası seçiblər. 31 yanvar 1944-cü ildə, gecə saat 2 radələrində tuvalı atlılar qəfildən Derejnya kəndi yaxınlığında almanların mövqelərinə hücum ediblər. Bu cəsarətli basqının nəticələri hətta təcrübəli komandirləri də heyrətə gətirib. Tuvalı döyüşçülər nasistlərin 70 əsgər və zabitini öldürüb, üç hərbi texnika anbarı, yeddi minik və on dörd yük maşınını ələ keçiriblər.
Tuva könüllülərinin müttəfiq kimi xüsusi statusunu tanıyan komandanlıq onların ənənəvi döyüş üsullarına mane olmayıb. General Bryulevin xatirələrinə görə, bu, düşmən arasında xüsusi qorxu mühiti yaradıb və alman əsgərləri Tuva eskadronunun hərəkət zonasına girməkdən qorxublar.
3d089714-0b60-4164-888d-04c456d42a80.jpg (144 KB)
1943-cü ilin dekabrından 1944-cü ilin martına qədər Tuva eskadronu genişmiqyaslı süvari basqınında iştirak edib. Kiyevdən Uman və Zemlyanski meşələri, Çartoriski bataqlıqları vasitəsilə Karpat dağlarına qədər Ukraynanın 80-dən çox yaşayış məntəqəsini azad ediblər.
Marşal Stalinə türklərin qəhrəmanlığından yazıb
Belə cəsarət nəticəsində türklər ciddi itkilərlə üzləşiblər. Marşal Georgi Jukov hərbi hazırlıqlarına baxmayaraq, çox riskli hərəkət edən Tuva süvarilərinin həddən artıq şücaəti barədə İosif Stalinə şəxsən məruzə edib. Marşal yazıb: “Əgər onlar bu cür etinasızlıqla döyüşməyə davam etsələr, müharibənin sonunda sağ qalan olmayacaq”.
f098f902-d950-4979-8d0c-10ebe8e3253a.jpg (106 KB)
Stalin bu məktuba xüsusi əmrlə cavab verib: “Onları qoruyun və birinci hücuma atmayın, yaralıları ehtiramla vətənə qaytarın”. Stalin bilib ki, vətənlərinə qayıdan canlı qəhrəmanlar öz xalqına Sovet İttifaqının rolundan, faşizm üzərində ümumi qələbənin əhəmiyyətindən danışacaqlar.
8-ci qvardiya süvari diviziyasının komandiri, qvardiya general-mayoru Pavlov Tuva könüllülərini həm müdafiədə, həm də hücumda inanılmaz mətanət nümayiş etdirən müstəsna döyüşə hazır döyüşçülər kimi xarakterizə edib. Müharibə illərində iyirmiyə yaxın tuvalı “Şöhrət” ordeninin sahibi olub, beş mindən çoxu orden və medallarla təltif edilib. Onlardan ikisi ali mükafata - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
//Musavat.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0703334950 (Whatsapp)

18-02-2025, 12:48 179

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106