Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

 

 

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində baş vermiş kütləvi zəhərlənmə hadisəsi Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətinə götürülüb. Hadisə nəticəsində ilkin mərhələdə 19 nəfər – 16 qadın və 3 kişi – zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Agentliyin Sumqayit.tv-yə verdiyi məlumata əsasən, hadisə barədə məlumat daxil olan kimi AQTA-nın Abşeron-Xızı regional bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Hazırda hadisənin başvermə səbəbləri, xüsusilə də zəhərlənmənin qida mənşəli olub-olmaması istiqamətində araşdırmalar aparılır. Nəticələr ictimaiyyətə açıqlanacaq.

Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə yerləşdirilən şəxslərə “dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi” diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Mərkəzin sözçüsü Ramil Zeynallının verdiyi məlumata görə, xəstələrdən 5 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicəyə buraxılıb. Qalan 14 nəfərin stasionar müalicəsi isə hazırda davam edir.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Rəsmi orqanların yekun rəyindən sonra hadisənin dəqiq səbəbləri məlum olacaq.


21-04-2025, 19:39 181

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106