Sumqayıtda Qarabağ müharibəsi qəhrəmanı Yaşar Nəcəfov anılıb - FOTO

 

Bu gün Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə böyük rəşadət göstərmiş, Birinci Qarabağ müharibəsinin iştirakçısı Nəcəfov Yaşar Yusif oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Sumqayit.tv xəbər verir ki, tədbir Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslının giriş sözü ilə başlayıb. Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Yaşar Nəcəfovun keçdiyi ömür yolu, döyüş meydanlarında göstərdiyi şücaət və hərbi xidmət illəri haqqında geniş məlumat verilib. Onun haqqında hazırlanan video-çarx nümayiş etdirilib.

Anım mərasimində çıxış edənlər arasında Yaşarın döyüş yoldaşı, ehtiyatda olan mayor Məhyəddinov Dağbəyi, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov, Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sənan Həsənov, ehtiyatda olan hərbçilər – kapitan Ağayev Nurəli, kapitan Asif Şükürov, baş leytenant İmadəddin Səlimov, baş leytenant Məmmədov Novruz, baş çavuş Həsənov Mübariz, eləcə də şəhidin yaxınları Əsgərova Rəfiqə və Mehriban İsmayılova da yer alıb.

Çıxış edənlər Yaşar Nəcəfovun mərdliyindən, hərb meydanındakı qorxmaz davranışlarından, vətənə sədaqətindən danışaraq, onun Azərbaycan ordusunun yaddaşına qəhrəman kimi həkk olunduğunu vurğulayıblar. Bildirilib ki, Yaşar kimi qəhrəmanların fədakarlığı sayəsində bu gün torpaqlarımız azaddır.

Qeyd edək ki, Yaşar Nəcəfov 10 avqust 1966-cı ildə Qubadlı rayonunun Qubadlı qəsəbəsində anadan olub. O, 1992-ci ildən könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Qısa müddətdə artilleriya batareyası komandiri təyin olunan Yaşar Nəcəfov hərbi xidmət illərində kapitan və mayor rütbələrinə qədər yüksəlib.

2003-cü ildə səhhəti ilə əlaqədar ehtiyata buraxılan Yaşar Nəcəfov 2005-ci il iyunun 14-də vəfat edib. Sumqayıt şəhər qəbiristanlığında dəfn olunub. Müharibə veteranı olan mərhum iki övlad atası idi.

Tədbirin sonunda iştirakçılar şəhidin xatirəsinə həsr olunmuş xatirə şəkli çəkdiriblər.

Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


21-06-2025, 20:29 615

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106