Səbinə Salmanova: "Milli inkişaf strategiyası yeni mərhələyə daxil olub"

 

Müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub.

Bu siyasətin təməlində bütöv Azərbaycanın hər bir bölgəsinin bərabər inkişafı, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi regional inkişaf siyasəti ölkəmizin həm iqtisadi gücünü artırır, həm də sosial bərabərliyi təmin edir.

Sumqayit.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısının Yevlax və Goranboy rayonlarına, Mingəçevir şəhərinə səfəri bu siyasətin növbəti real təzahürüdür: “Yevlax şəhərində ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən Prezident, daha sonra Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Yevlaxdan keçən hissəsində görülən işlərlə tanış oldu. Bu yol təkcə region üçün deyil, bütün ölkə üçün strateji nəqliyyat arteriyası hesab olunur. Yolun müasirləşdirilməsi logistika imkanlarının genişləndirilməsinə, tranzit potensialının daha da artırılmasına imkan verəcək. Bunun ardınca Yevlax Pilot Aqroparkının, SCADA İdarəetmə Mərkəzinin, yeni sutəmizləyici qurğunun, Yevlax Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi regionda kənd təsərrüfatı, kommunal xidmətlər, idman və sosial sahələrin müasirləşməsini təmin edir. Goranboy rayonunda isə Prezident İlham Əliyev “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı zavodunun açılışında iştirak etdi. Bu müəssisə region üçün sənaye baxımından yeni bir nəfəs, əhali üçün isə əlavə məşğulluq imkanı deməkdir. Dövlətimizin başçısının iyunun 24-də isə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak və çıxış edib. Hesab edirəm ki, bu stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, enerji sisteminin ümumi səmərəliliyinin yüksəldilməsinə də ciddi töhfə verəcək”.

Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, ölkənin bütün bölgələrində də inkişaf prosesləri paralel şəkildə həyata keçirilir: “Bu yanaşma Prezident İlham Əliyevin ədalətli və sistemli idarəçilik modelinin təzahürüdür. Prezidentin Yevlax və Goranboy rayonlarına və Mingəçevir şəhərinə səfəri bir daha təsdiq edir ki, Azərbaycan hökuməti yalnız işğaldan azad edilmiş ərazilərin deyil, ölkənin bütün bölgələrinin inkişafını prioritet hesab edir. Ölkə başçımız da dəfələrlə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr digər regionların inkişafı ilə paralel və balanslı şəkildə aparılır. Bu məqsədlə Azərbaycanımızın hər yerində müasir infrastruktur yaradılır, kənd təsərrüfatı və sənaye sahələrinə investisiyalar yatırılır, yeni iş yerləri açılır. Bütün bunlar ölkəmizdə sosial-iqtisadi sabitliyə və vətəndaşımızın rifahının yüksəlməsinə şərait yaradır”.


24-06-2025, 18:20 368

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106