Milli Qəhrəmanın adına layiq olmayan küçə - FOTO

Uzun müddətdir ki, Sumqayıtın Yaşıl Dərə massivində yerləşən, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin adını daşıyan küçənin bərbad vəziyyətdə olması ilə bağlı sakinlərdən redaksiyamıza müraciətlər daxil olur. Demək olar ki, Sumqayıt TV-nin sosial media paylaşımlarının rəy bölməsində də tez-tez məhz bu küçə ilə bağlı şikayətlər səsləndirilir.

Məsələ bir dəfə yox, dəfələrlə mediada işıqlandırılsa da, aidiyyəti qurumlar tərəfindən hələ də hər hansı ciddi tədbir görülməyib. Halbuki söhbət təkcə yolun çuxurlu və keçilməz vəziyyətindən getmir – küçəyə axıdılan sular nəticəsində yaranan gölməçələr də ərazidə yaşayan sakinlərin gündəlik həyatını çətinləşdirir. Yolun bu vəziyyəti insanların işə, uşaqların isə məktəbə gediş-gəlişinə ciddi maneələr yaradır. Gündüzlər palçıqlı yollardan keçmək, yağışlı havalarda isə suyun yaratdığı gölməçələrdən çıxış yolu tapmaq əhali üçün hər gün təkrar olunan əzabdır.

Şikayətçilərin bildirdiyinə görə, hətta bir iş adamı bu əraziyə marşrut avtobus xətti açmağa cəhd edib. Lakin cəmi iki gündən sonra avtobusları xəttdən çıxarmaq məcburiyyətində qalıb. Səbəb isə yolun bərbad vəziyyətinə görə nəqliyyat vasitələrinin tez-tez sıradan çıxması olub. Bu fakt bir daha göstərir ki, problem təkcə sakinlərin gündəlik narahatlığı deyil, həm də şəhərin ictimai nəqliyyat imkanlarının inkişafına maneədir.

Unutmayaq ki, Əliyar Əliyev elə qəhrəmanlardandır ki, Birinci Qarabağ müharibəsində göstərdiyi şücaətlə Ermənistan dövlətinə üç günlük matəm elan etdirmişdi. Belə bir qəhrəmanın adını daşıyan küçənin bu gün bərbad vəziyyətdə qalması həm ictimaiyyət, həm də qəhrəmanımızın xatirəsi qarşısında hörmətsizlik təsiri bağışlayır.

Əliyar Əliyevin doğulub boya-başa çatdığı Qubadlı rayonunun sakinləri əsasən Sumqayıtda məskunlaşıblar. Onların bir qismi isə uzun illərdir şəhərdə biznes quran, imkan sahibi olan insanlardır. Sözsüz ki, dövlətin aidiyyəti qurumları bu məsələni həll etməlidir, lakin imkanlı şəxslərin də belə bir təşəbbüsü öz üzərlərinə götürməsi həm qəhrəmanlarının ruhuna, həm də şəhərdə yaşayan həmvətənlərinə böyük hörmət olardı.

Yol çəkmək sadəcə texniki iş deyil – bu, həm də mədəniyyət göstəricisi, xatirəyə verilən dəyər və Tanrı qatında savab işdir. Ən əsası isə, insanlar rahatlıq tapar, qəhrəmanımızın adına layiq bir küçə yaranar.

Müəllif: Sumqayit.tv

 

 

 

 

 

25-09-2025, 11:36 121

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106