Sumqayıtda, poçt ərazisində qanunsuz şirniyyat sexi, ev tikmək istəyirlər — FOTO – VİDEO

 Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində əhaliyə rabitə və poçt xidmətlərinin göstərilməsi üçün dövlət tərəfindən illər öncə ayrılmış torpaq sahəsində son günlər narahatlıq yaranıb. Uzun illərdir qəsəbə əhalisi bu layihənin müasir formada reallaşacağını, qəsəbə əhalisinin telekommunikasiya xidmətlərinə daha əlçatan olmasını təmin edəcək, heç olmasa konteyner tipli xidmət obyekti quraşdırılmasına və xidmət göstəriləcəyinə ümid edir. Çünki sakinlər bu xidmətdən istifadə üçün gedişhaqqı ödəməli olurlar. Sakinlər Mərkəzi Poçtdan 5 km aralıda yaşayır.

Sumqayit.tv Tribunainfo.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, poçt/rabitə xidmətləri üçün nəzərdə tutulmuş ərazini şəhid atası Şakir Qasımov adlı şəxs həmin sahədə qanunsuz zəbt (fərdi ev və ya şirniyyat sexi tikintisi məqsədi ilə istifadəyə cəhd) etmişdir. Hansı ki, həmin şəxs əvvəllər məktəb və gediş-gəliş üçün nəzərdə tutulmuş yolu da zəbt etməyə səy göstərmişdir. Lakin, vətəndaşların etirazı ilə qanun çərçivəsində icazə verilməmişdir. 13.05.2025-ci il tarixində kollektiv müraciətlərə əsasən, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsindən baxış keçirilmiş və qeyri-qanuni aparılan tikinti-quraşdırılması işləri dayandırılmışdır.

Sentyabr ayında həmin əraziyə yenidən daş tökülmüşdür. Tribunainfo.az-ın əməkdaşları əraziyə daş tökülərkən hadisə yerində olub.

Belə ki, bu ərazidə 2010-cu ildə Mehman Haqverdiyevin evi olmuşdur. Lakin, ərazi poçt üçün ayrıldığına görə Mehman Haqverdiyevin evi sökülmüşdür. Hadisə yerində iştirak edən M. Haqverdiyev bildirib ki, “Əvvəllər mən qanuna tabe oldum, dövlətin ərazisini zəbt etmədim. Bu qanun hər kəs üçün qanundur”.

Qeyd edək ki, M. Haqverdiyev ll Qarabağ müharibəsində iştirak edərək, sinəsindən qəlpə yarası almış qazidir.

Məsələ ilə bağlı polis əməkdaşları çağırılıb və hadisə yerində baxış prosesi həyata keçirilib, baxış protokolu tərtib olunub.

Tikintiyə dair icazə sənədlərini tələb etdikdə isə əməkdaşlara nömrəsini verən Mehbarə xanımdan qarşı tərəfin mövqeyini dərc etmək üçün tikintiyə aid sənədlərə baxmaq istədikdə yoldaşı Şakir Qasımov telefonda jurnalisti də məhkəmə ilə hədələyərək, sənədləri təqdim etməkdən boyun qaçırıb.

Eyni zamanda onlar ətraf yataqxanalarda yaşayan, qanunsuz tikintiyə etiraz edən vətəndaşları hədələyərək, asayişi pozublar. Hətta, süpürgəçi qadını işdən çıxarmaqla təhdid edib. Bu hallar yerli sakinlərdə narahatlıq yaradıb.

Hadisə yerinə Bələdiyyədən nümayəndə gəlmiş, daşı əraziyə tökən şəxslərə 800 manat verərək, daşları ərazidən uzaqlaşdırmışlar.

Tribunainfo.az-ın sorğusuna cavab verən “Aztelekom” MMC-nin mətbuat xidmətindən Alidə Mustafayeva bildirib:

“Təqdim edilən sorğu ilə bağlı bildirək ki, müvafiq torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq “Aztelekom” MMC-nin istifadəsi üçün ayrılıb.

Ərazi ilə bağlı qanunsuz zəbt olunma halları olduğu təqdirdə məsələ qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.
Əlavə olaraq bildirək ki, ərazidə rabitə xidmətlərinin təqdim edilməsində hansısa çətinlik mövcud deyil və xidmətlərdə kəsintinin olması ilə bağlı abunəçilərdən şikayət daxil olmayıb.

Rabitə xidmətlərində yaranmış çətinliklə bağlı vətəndaşlar “170” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər”.
Vətəndaşlar bu torpaq sahəsinin mübahisə predmeti olduğuna çox üzgündürlər. Ümid edirlər ki, aidiyyəti qurumlar ölkə qanunvericiliyinə uyğun tədbir görəcəklər.

 

 

 

26-09-2025, 09:29 84

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106