Travmatologiya şöbəsində ödəniş tələbi ilə bağlı vətəndaş şikayəti

 
Redaksiyamıza müraciət edən vətəndaş Əliyev Təbrizin anası bildirib ki, oğlunun sağ ayağından aldığı zədə ilə Sumqayıt Travmatologiya şöbəsinə müraciət edib.

Rentgen müayinəsindən sonra vətəndaşa ayağında üç yerdən sınıq və ya qırıq olduğu bildirilərək mil (metall konstruksiya) taxılması məqsədilə əməliyyata cəlb olunub.

Tribunainfo.az-a şikayətini bildirən vətəndaşın sözlərinə görə, əməliyyat icbari tibbi sığorta çərçivəsində aparılsa da, ondan 800 manat məbləğində ödəniş alınıb. Əməliyyatı həyata keçirən Fuad adlı cərrah olub.

Xəstənin anası səhiyyəyə şikayət etsə də, vətəndaşa “get hara şikayət edirsən, et”, – deyilib.

Halbuki TƏBİB-in məsul əməkdaşları mətbuata verdikləri açıqlamalarda, müsahibələrdə dəfələrlə bildiriblər ki, sığorta çərçivəsində keçirilən əməliyyatların, hətta orqan transplantasiyaları belə, xəstələr üçün tam ödənişsizdir.

Məlumat üçün qeyd edək ki, vətəndaşın rentgen görüntüləri də redaksiyamıza təqdim olunub.


Hadisə ilə bağlı Tribunainfo.az-a açıqlama verən tibbi ekspert, həkim-terapevt Rasif Bağırov qeyd edib ki, ümumiyyətlə, hal-hazırda cərrahi əməliyyatlarda sığorta ilə əməliyyat olunan xəstələrin heç birindən 1 manat belə pul alınmamalıdır. Mən başa düşə bilmirəm, ürəyə stend qoyurlar xəstələrdən ödəniş almırlar. Amma, xüsusilə travmotoloqların gəlib xəstələrdən bu qədər pul almağı düzgün deyil. Qanun var, pulsuz əməliyyat etməlisən. Çünki hökumət sənə sığorta ilə pul verir. Əlavə olaraq sən niyə xəstələrdən pul tələb edirsən?! Ona görə də, demək istəyirəm ki, hal-hazırda bizim də qulağımıza bəzi səs-soraqlar gəlir ki, açıq-aydın, dil ilə xəstələrdən pul istəyirlər. Bu artıq azğınlaşmadır. Əvvəlki dönəmlərdə xəstələrdən külli miqdarda pul alınırdı. İndi, həmin o pulu ala bilməyəndə azğınlaşmağa başlayıblar. Konkret qərar çıxarılıb ki, pul almaq olmaz. Bu qanunsuzluqdur.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu yolladıq. Hadisə hazırda onlar tərəfindən araşdırılır.
 





13-11-2025, 16:38 181

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106