Sumqayıtda 15 saylı məktəbin yolu təhlükə mənbəyinə çevrilib – Jurnalist Anar Xanlarov problemə diqqət çəkdi - VİDEO

 

Tanınmış sumqayıtlı idman jurnalisti Anar Xanlarov şəhərin Məhəmməd Füzuli adına 15 saylı məktəbinə gedən yoldakı təhlükəli vəziyyətlə bağlı özünün sosial şəbəkə hesabında video paylaşaraq mövcud problemi gündəmə gətirib.

Sumqayit.tv-in məlumatına görə, Anar Xanlarovun paylaşdığı görüntülərdə əks olunur ki, məktəbə gedən yol boyunca bardiorların sıradan çıxması, səkinin illərdir zəbt edilərək avtomobillər tərəfindən dayanacağa çevrilməsi səbəbindən şagirdlər hər gün həyati risklə üz-üzə qalırlar. Səkinin dar və yararsız olması ucbatından məktəblilər birbaşa avtomobil yolundan istifadə etməyə məcbur qalırlar.

Məktəbin qarşısından üç istiqamətə yol ayrılır – lisey tərəfə, 5-ci mikrorayon istiqamətinə və əsas yola doğru. Bu isə dərsdən çıxan uşaqların eyni anda bir neçə tərəfdən gələn avtomobillərin arasında qalmasına səbəb olur. Jurnalist qeyd edir ki, vəziyyət adi məktəb yolu yox, “sanki avto dayanacaq və ya magistral yol” təsiri bağışlayır.

Xanlarov aidiyyəti qurumları problemin həllinə çağıraraq ən azı sağdakı səkilərin bərpasını, avtomobil saxlanılmasının qadağan edilməsini və piyadaların təhlükəsizliyinin təmin olunmasını vacib sayır.  


Link: (42)Sumqayıt TV Official (@sumqayittvofficial) | TikTok


10-12-2025, 15:09 157

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106