Sumqayıtda yol problemi böhran həddinə çatdı – sakinlərin narazılığı artır - VİDEO

 

Sumqayıtın bir neçə yaşayış massivində – Xəzər bağları (Qala dərəsi küçəsi), İnşaatçılar qəsəbəsi, Yaşıl dərə massivi (Qayalı market istiqaməti), Corat qəsəbəsi və Kimyaçılar qəsəbəsi (Sultan Məcid Qənizadə küçəsi) üzrə yol infrastrukturu ilə bağlı şikayətlər günbəgün artır. Sumqayit.tv-in ünvanına daxil olan çoxsaylı video-müraciətlər sakinlərin narahatlığının nə qədər ciddi olduğunu bir daha təsdiqləyir.

Yollarda illərlə aparılmayan təmir nəticəsində çala-çuxurlar, batmış hissələr və dağılmış asfalt örtüyü xüsusilə qış aylarında keçilməz vəziyyət yaradır. Yağış və palçıq səbəbindən avtomobillər hərəkət etməkdə çətinlik çəkir, piyadalar isə gündəlik gediş-gəlişdə real təhlükə ilə üz-üzə qalır.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara – xüsusən Sumqayıt şəhər bələdiyyəsinə dəfələrlə müraciət olunsa da, faktiki nəticə müşahidə edilmir. İnsanlar bildirirlər ki, “yalnız sözlə yola verilir, amma ərazidə dəyişiklik yoxdur”.

Daha narahatedici məqamlardan biri isə həmin küçələrdə şəhid ailələrinin də yaşamasıdır. Sakinlər haqlı olaraq sual edirlər:
"Əgər şəhid ailələrinin yaşadığı küçələr belə bu vəziyyətdə qalırsa, adi vətəndaşın yol problemi nə vaxt həll olunacaq?"

Hazırkı durum artıq təkcə məişət narahatlığı deyil, nəqliyyat, təhlükəsizlik və sosial rifah problemi kimi gündəmə gəlir.

Sumqayıt TV olaraq daxil olan bütün müraciətləri ictimailəşdiririk və məsələni gündəmdə saxlamağa davam edəcəyik. Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda real tədbirlər görəcək və sözügedən ərazilərdə normal yol infrastrukturu təmin ediləcək.


15-12-2025, 17:15 123

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106