Təhsil mühitində böhran: Psixoloqlar məktəblərdəki risklər barədə xəbərdarlıq edir

 

Son günlər ölkənin müxtəlif təhsil müəssisələrində baş verən zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Bakı və Sumqayıtda baş verən iki insident məktəblərdə təhlükəsizlik, psixoloji sağlamlıq və idarəetmə məsələlərini yenidən gündəmə gətirib.

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimə odlu silahdan atəş açaraq xəsarət yetirib. Digər hadisə Sumqayıt şəhərində yerləşən 33 nömrəli tam orta məktəbdə baş verib; 14 yaşlı şagird sinif yoldaşı tərəfindən döyülərək kəllə-beyin travması alıb.

                                                                          Sevinc BAXIŞOVA

Sumqayit.tv-yə açıqlama verən psixoloq Sevinc Baxışova bildirib ki, son vaxtlar ölkənin müxtəlif məktəblərindən yayılan görüntülər, səs yazıları, silahla törədilən insidentlər və sosial şəbəkələrdə müzakirə olunan müəllim-direktor gərginlikləri təhsil sistemində ciddi problemlərin olduğunu göstərir. “Əslində hər bir hadisə təkcə özünü göstərmir, illərdir yığılan idarəetmə boşluqları, kommunikasiya problemləri və psixoloji yüklənmənin nəticəsidir. Məktəbdə müəllim və şagird emosional vəziyyətini idarə edə bilmir, direktor ilə pedaqoji heyət arasında gərginlik yaranır, valideynlərin iştirakı ilə xoşagəlməz hadisələr baş verir. Sosial şəbəkələrdə müzakirələr dərinləşdikcə məktəblərdə idarəetmə mədəniyyətinin ciddi problemlərlə üzləşdiyi daha aydın görünür. Bu gün hansı ümumtəhsil məktəblərində gərginlik yaşanırsa, bu, məktəb mühitində rəhbərlik, psixoloji sağlamlıq və kommunikasiya mədəniyyətinin yenilənməsinə ehtiyac olduğunu göstərən ciddi siqnaldır”, – deyə psixoloq vurğulayıb.

                                                                          Təranə İBRAHİMOVA

 

Təhsil psixoloqu Təranə İbrahimova isə bildirib ki, xüsusilə silahlı insidentlər məktəb ictimaiyyəti üçün ağır psixoloji travma yaradır. Onun sözlərinə görə, silahın məktəb mühitində mövcudluğu təhlükəsizlik hissini məhv edir və şagirdlər ilə müəllimlər arasında qorxu və narahatlıq yaradır. Bu, yalnız hadisə baş verdikdə deyil, silahın varlığı ilə də emosional pozğunluqlar, kabuslar, müdaxilə edən düşüncələr və yeniyetmələr arasında zorakılığı tərifləmək riskini artırır. Məktəblərdə psixoloji nəzarət sadəcə müşahidəyə çevrilməməli, erkən riskləri aşkar edən sistemli mexanizm kimi işləməlidir. Valideynlər isə övladlarının davranış və emosional vəziyyətinə diqqətlə yanaşmalı, evdə silahların təhlükəsizliyinə diqqət etməli və uşaqlarla etibarlı, açıq münasibət qurmalıdırlar. Problemlər inkar edilməməli, erkən mərhələdə aşkarlanmalı və peşəkar psixoloqlarla əməkdaşlıq edilməlidir.


Psixoloqlar vurğulayırlar ki, yalnız qarşılıqlı hörmət, ədalət və şəffaflıq prinsipləri üzərində qurulan təhsil sistemi, həm ailə, həm məktəb, həm də dövlət strukturlarının birgə məsuliyyəti ilə məktəbləri təhlükəsiz və sağlam mühitə çevirə bilər.


9-02-2026, 15:46 580

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106