Putin də Füzuliyə gələcək ? - AÇIQLAMA


Qarabağın növbəti qonağı kim olacaq? Bu haqda siyasi ekspert Elxan Şahinoğlu fikirlərini bölüşüb.

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra iki dəfə Qarabağda oldu. Füzuli hava limanı beynəlxalq statusa malikdir. Bu o deməkdir ki, Füzuli hava limanı istənilən dövlətin rəsmi nümayəndə heyətini daşıyan təyyarəni qəbul etməyə hazırdır.
Əsas sual budur: Türkiyədən sonra digər hansı dövlətin rəhbərinin təyyarəsi Füzuli hava limanına enərək Qarabağa səfər edəcək?
Cənubi Qafqaz bölgəsində iki dövlətin – Türkiyə və Rusiyanın ağırlığı var. Odur ki, Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanın ardınca Qarabağa gəlişi mümkündürmü? 
44 gündən sonra İkinci Qarabağ savaşını durduran Rusiya prezidenti Vladimir Putin oldu. Məhz onun səyləri nəticəsində noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında məlum bəyanat imzalandı. İki ay sonra liderlər arasında Moskvada ikinci bəyanat imzalandı. Bununla bərabər 3 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində təmas qrupu formalaşaraq il ərzində Moskvada bir neçə dəfə görüşdü. Digər tərəfdən Rusiya sülhməramlılarının Qarabağda varlığı da Rusiyanın Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olduğuna dəlalət edir. Vladimir Putin Azərbaycanla Ermənistan arasında sərhəddin müəyyənləşdirilməsi məqsədilə aparılacaq danışıqlarda da tək vasitəçinin Rusiya olacağını vurğulayıb.
Rusiyanın xeyrinə olan bütün bu amillər nəzərə alaraq Kreml sahibinin gələcəkdə Qarabağa səfəri aktuallaşa bilər. Putinin özü də iki dəfə Qarabağa səfər edən türkiyəli həmkarı Ərdoğan geri qalmaq istəməz. Ancaq Putinin hazırki şərtlər daxilində Qarabağa səfəri Azərbaycanın maraqlarına cavab vermir. Çünki, Putinin təyyarəsi Qarabağa endikdən sonra o İlham Əliyevlə görüşüb fikir mübadiləsi apardıqdan sonra “neytrallığını” qorumaq məqsədilə Xankəndiyə gedərək erməni separatçılarının lideri ilə də görüşəcək. Belə bir görüşü Azərbaycan heç bir halda qəbul edə bilməz. Putinin Şuşayla yanaşı Xankəndiyə gəlişinin Azərbaycana zərəri faydasından çoxdur. Ona görə də Azərbaycan Qarabağın tamamına nəzarət etmədən və bölgədəki erməniləri tərksilah etmədən Kreml sahibinin Qarabağa gəlişinə ehtiyac yoxdur. Putinin özü də anlayır ki, hazırki şərtlər daxilində Qarabağa gəlib Şuşayla yanaşı Xankəndinə getsə bu Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olacaq. Putinin yalnız Şuşaya vəya Füzuli, Zəngilanı ziyarəti isə erməniləri narazı salacaq. Putin erməniləri də narazı salmaq istəməz. Ona görə də Rusiya prezidentinin Qarabağa səfərindən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı, sərhədlər müəyyənləşməli və Zəngəzur dəhlizi açılmalıdır.  
Buna baxmayaraq, başqa dövlətlərin rəsmilərinin Füzuli hava limanı üzərindən Qarabağa gəlişləri mümkündür. Bu sırada Azərbaycana dost dövlətlərin – Pakistan, Ukrayna, Gürcüstan, Macarıstanın rəsmi nümayəndə heyətlərinin Qarabağla tanış olmaları mümkündür. Şuşa tam bərpa olunduqdan sonra bu şəhərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısını da keçirmək mümkündür".
"Atlas" Araşdırmalar Mərkəzi

27-10-2021, 12:36 898

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106