Sumqayıtda içməli su sızması piyada yolunu yararsız hala salıb - Foto/Video

 
Sumqayıt şəhərində içməli su xəttində yaranan problem uzun müddətdir ki, aradan qaldırılmır. Söhbət 10-cu mikrorayon, 65 saylı binanın arxa hissəsində, Koroğlu küçəsinin yola baxan piyada hissəsindən gedir.
Ərazidə yaşayab sakinlərin akinlərin Sumqayit.tv-yə verdiyi məlumata görə, artıq 4-5 gündür ki, sözügedən ərazidə içməli su xəttində partlayış baş verib. Aidiyyəti qurum – Su Kanal İdarəsinin əməkdaşları əraziyə baxış keçirsə də, problem köklü şəkildə həll olunmayıb.
Bildirilir ki, qurum əməkdaşları əraziyə gəlib qazıntı aparır, torpaq tökür və müvəqqəti tədbirlərlə işi yekunlaşdıraraq ərazini tərk edirlər. Lakin 2–3 gün sonra eyni nöqtədən yenidən içməli su yer səthinə axmağa başlayır. Nəticədə su yol boyu axaraq asfalt örtüyünü tamamilə sıradan çıxarıb.
Hazırda həmin hissə nə piyadalar, nə də avtomobillər üçün yararlıdır. Yolun asfalt örtüyü dağılıb, keçid isə təhlükəli vəziyyətə düşüb. Üstəlik, yaxınlıqda daha iki ayrı nöqtədən də içməli suyun açıq şəkildə axdığı müşahidə olunur ki, bu da problemin miqyasının daha böyük olduğunu göstərir.
Sakinlər bildirirlər ki, axan içməli su dövlətə külli miqdarda maddi ziyan vurur, yol infrastrukturu isə getdikcə daha da yararsız hala düşür. Buna baxmayaraq, problem hələ də əsaslı şəkildə həllini tapmayıb.
Vətəndaşlar Sumqayit.tv vasitəsilə aidiyyəti qurumlardan xahiş edirlər ki, məsələni nəzarətə götürsünlər, müvəqqəti yox, əsaslı və uzunmüddətli təmir işləri aparılsın, yol və su xətti bərpa edilsin.

VİDEO LİNK: TikTok - Make Your Day

 

 

 




4-03-2026, 21:16 202

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106