Bələdiyyə borcu ilə bağlı mübahisə: bina sakinləri ödəniş etməlidirmi? – hüquqşünasdan açıqlama

 

Abşeron rayon sakini bələdiyyə tərəfindən yazılan borcla bağlı redaksiyamıza müraciət edib. Sakin bildirir ki, yaşadıqları bina evinə görə onlara borc göndərilib, lakin ərazi üzrə bələdiyyə tərəfindən hər hansı xidmət göstərilməyib.

Müraciətdə qeyd olunur ki, yaranan problemlər olduqda sakinlər öz hesablarına təmir və bərpa işləri aparırlar. Bu səbəbdən vətəndaşlar bələdiyyəyə ödəniş etməli olub-olmadıqları və yazılan borcun hansı əsasla hesablandığı ilə maraqlanırlar.

Məsələyə hüquqi aydınlıq gətirmək üçün vəkil Ramil Süleymanovun mövqeyini öyrəndik.

 

Hüquqşünas Sumqayit.tv-yə açıqlamasında bildirib ki, vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyələr tərəfindən müəyyən olunmuş vergiləri ödəməlidirlər və bu ödənişlər əsasən əmlak vergisi ilə bağlı olur.

Onun sözlərinə görə, bu vergi daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə görə hesablanır və bələdiyyələrin vergi toplamaq hüququ qanunvericilikdə nəzərdə tutulub.

“Vətəndaşların belə hallarda borcu mübahisələndirmək hüququ var. Bələdiyyə ilk növbədə göstərdiyi xidmətlərlə bağlı hesabat təqdim etməlidir. Bundan başqa, həmin torpaq sahəsinin nə vaxt və hansı əsasla bələdiyyənin balansına keçdiyi sənədlərlə sübut olunmalıdır. Çünki bir çox binalar bələdiyyələr yaranmamışdan əvvəl, sovet dövründə dövlət balansında olub”, – deyə Ramil Süleymanov bildirib.

Vəkilin sözlərinə görə, bələdiyyə vergi tələb etdiyi halda, bunun müqabilində hansı xidmətlərin göstərildiyini də vətəndaşa izah etməlidir.

Hüquqşünas həmçinin qeyd edib ki, təqaüdçülərin bələdiyyə vergisindən azad olunması qanunvericilikdə təsbit olunub.

“Yaranan borcun qanuni olub-olmamasını müəyyən etmək üçün vətəndaş bələdiyyəyə rəsmi müraciət etməli və izahlı hesabat tələb etməlidir. Əgər təqdim olunan hesabata etiraz varsa, məbləği mübahisələndirmək mümkündür. Borc qanuni hesab edilərsə, ödəniş edilməlidir”, – deyə o əlavə edib.

Sumqayit.tv olaraq məsələ ilə bağlı aidiyyəti bələdiyyə qurumlarının da mövqeyini dərc etməyə hazırıq.


16-03-2026, 18:28 219

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106