Bu gün vətən uğrunda son nəfəsinə qədər döyüşən zabitin şəhadətə ücaldığ gündür

 
“Murov qartalı” ləqəbli kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucov Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Onun həyat yolu və döyüş fəaliyyəti Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur.

Raquf Orucov 1990-cı ildə Sovet Qoşunlarında xidmət edib. Qarabağ müharibəsi başladıqdan sonra isə könüllü olaraq Azərbaycan Ordusunun sıralarına qoşulub və ön cəbhədə xidmət etməyə üstünlük verib. Qısa müddət ərzində Fərrux dağı və Aranzəmin kəndi istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak edib və ayağından ağır qəlpə yarası alıb.

Onun ailəsi də müharibənin ağrılarını yaşayıb. Anası Raya Rəhimova 1993-cü il iyunun 12-də Ağdam rayonunun Cinli kəndinin işğalı zamanı şəhid olub. Həmin il Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə təqdim edib və təhsilini uğurla başa vurub.

Məzun olduqdan sonra Bakıda yerləşən hərbi hissələrdən birinə təyinat alsa da, o, ön cəbhədə xidmət etməyi seçib. 1996-cı ildə Murovdağa göndərilən Raquf Orucov kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyət göstərib. Murovdağda həyata keçirdiyi uğurlu əməliyyatlara görə hərbçi yoldaşları və komandirlər tərəfindən ona “Murov qartalı” ləqəbi verilib.

2016-cı il aprelin 4-də Ağdərə rayonunun Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edən Raquf Orucov son döyüşünə qatılıb və qəhrəmancasına şəhid olub.

“Murov qartalı” Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Onun xatirəsi bu gün də ehtiramla yad edilir və göstərdiyi qəhrəmanlıq nümunəsi gənc nəsil üçün örnək olaraq qalır.


4-04-2026, 14:39 175

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106