Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

 
Sumqayıt şəhərində 2026–2027-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunacaq.

Sumqayit.tv xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, şagird sıxlığının qarşısını almaq məqsədilə bəzi məktəblərdə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlara üstünlük veriləcək. Eyni zamanda valideynlərdən birinin həmin məktəbdə işləməsi və ya uşağın bacı və ya qardaşının orada təhsil alması da prioritet kimi nəzərə alınacaq.

Məlumata əsasən, Sumqayıt şəhərində aşağıdakı məktəblərdə ərazi prinsipi tətbiq olunacaq:

  • İsmet Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi
  • 11 nömrəli tam orta ümumtəhsil məktəbi
  • Polad Həşimov adına 28 nömrəli tam orta ümumtəhsil məktəbi

Qeyd edək ki, Abşeron rayonu üzrə dislokasiya (ərazi prinsipi) tətbiq olunmur. Burada yalnız digər iki meyar – valideynlərdən birinin həmin məktəbdə işləməsi və ya uşağın bacı-qardaşının həmin məktəbdə təhsil alması əsas götürüləcək.

Abşeron üzrə siyahıya daxil olan məktəblər isə bunlardır:

  • Xırdalan şəhəri Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyi
  • Xırdalan şəhəri Veysal Musibov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
  • Masazır kəndi 4 nömrəli tam orta ümumtəhsil məktəbi

Mikroərazidə daimi qeydiyyatı olmayan valideynlər isə şagird sıxlığı olmayan məktəblərə, eləcə də müəyyən edilmiş müddətdən sonra prioritet tətbiq edilən məktəblərdə boş qalan yerlərə müraciət edə biləcəklər.

Bildirilib ki, daimi qeydiyyat ünvanı dislokasiyaya uyğun gəlməyən valideynlər 17 fevral – 15 aprel 2026-cı il tarixlərində Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzinə müraciət edərək müvafiq forma vasitəsilə təklif və rəylərini təqdim edə bilərlər.


Qeyd edək ki, I sinfə qəbul prosesi www.mektebeqebul.edu.az portalı üzərindən həyata keçirilir.


 


15-04-2026, 09:51 531

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106