Fəxrimiz: Sumqayıtlı şagird kimya üzrə növbəti uğurunu qazandı - FOTOLAR

 
Sumqayıt şəhərində yerləşən 23 nömrəli Texniki Fənnlər Təmayüllü Liseyin 11-ci sinif şagirdi Səfərli Eşqin Raqub oğlu kimya fənni üzrə qazandığı uğurlarla seçilməyə davam edir.

Gənc istedad bu illər ərzində respublika və beynəlxalq səviyyəli müsabiqə və olimpiadalarda fəal iştirak edərək bir sıra nailiyyətlər əldə edib. O, ilk medalını 2021–2022-ci tədris ilində Respublika Fənn Müsabiqəsində qazanaraq gümüş medala layiq görülüb. Daha sonra 2023–2024-cü tədris ilində Respublika Fənn Olimpiadasında yenidən gümüş medal əldə edib.

Eşqin Səfərli 2024-cü ildə beynəlxalq olimpiadada iştirak edərək sertifikatla təltif olunub. O, 2024–2025-ci tədris ilində Respublika Fənn Olimpiadasında bürünc medal qazanıb, 2025–2026-cı tədris ilində isə bu uğurunu davam etdirərək yenidən gümüş medal əldə edib.

11 illik təhsil müddətində müxtəlif məktəblərarası yarış və müsabiqələrdə də fəal iştirak edən şagird, həm 9-cu, həm də 11-ci sinif buraxılış imtahanlarında yüksək nəticə göstərərək xüsusi attestata layiq görülüb.

Gələcək planlarına gəlincə, o, təhsilini Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisası üzrə davam etdirməyi qarşısına məqsəd qoyub.


Belə gənclərin uğurları göstərir ki, əzm, zəhmət və məqsədyönlü fəaliyyət hər zaman öz bəhrəsini verir. Eşqin Səfərlinin əldə etdiyi nailiyyətlər həmyaşıdları üçün də böyük motivasiya mənbəyidir. Bu cür istedadlı və çalışqan gənclər Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha sübut edir.

 

 

 

 


5-05-2026, 13:57 460

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106