İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

 

Tədbir dərnək sədri Əşrəf Tuna və Azərbaycanı Türkiyədə layiqincə təmsil edən mədəniyyət elçisi, aktivist Roza İbadova Kocamazın əməyi ilə reallaşıb.

Sumqayit.tv xəbər verir ki, proqramın həm aparıcılığını, həm də təşkilati işlərini üzərinə götürən Roza İbadova Kocamaz gecə boyunca tədbiri uğurla idarə edib. Gənclərin fəal iştirak etdiyi proqramda şeirlər səsləndirilib, çıxışlar edilib və musiqi nömrələri təqdim olunub.

Dərnək sədri Əşrəf Tuna birlik və qardaşlıq mesajları verərək bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı sarsılmazdır.

Tədbirin təşkilində böyük əməyi olan Roza İbadova Kocamaza və jurnalist Nigar Ögedaya təşəkkür edilib.

Roza İbadova Kocamaz isə öz növbəsində dərnək sədri Əşrəf Tunaya və dərnəyin qadın təşkilatlarının sədri Naime Tunaya təşəkkür edib. O, tələbələrə göstərdikləri zəhmətə görə minnətdarlığını bildirib.

Roza İbadova Kocamaz eyni zamanda tədbir boyunca ona maddi və mənəvi dəstək olan həyat yoldaşı Cihan Kocamaz üçün də salondan alqış istəyib.

Gecə boyunca şeirlər, mahnılar və anım hissələri ilə duyğulu anlar yaşanıb. Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə və silahdaşları rəhmətlə anılıb.

Tədbir Rəsulzadənin tarixi sözləri ilə sona çatıb:

“Bir kərə yüksələn bayraq, bir daha enməz"

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


27-05-2026, 23:19 188

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106