Bu dəfə şikayət yox, təşəkkür yazmaq vaxtıdır-FOTO

 
Bir müddət əvvəl Sumqayit.tv olaraq Stansiya Sumqayıt və Dəmiryolunun Yük Həyəti adlanan ərazidə illərdir həllini gözləyən kanalizasiya probleminin aradan qaldırılması istiqamətində mühüm addım atıldığını oxucularımızla bölüşmüşdük. Bu gün yenidən əraziyə baş çəkərək görülən işlərlə yerində tanış oldum.

Müşahidələrim onu deməyə əsas verir ki, işlər yüksək templə davam edir. Ərazidə xüsusi texnikalar fasiləsiz işləyir, kanalizasiya boruları və lyuklar layihəyə uyğun şəkildə quraşdırılır. Görünən odur ki, uzun illər sakinlərin əziyyət çəkdiyi problem artıq həll mərhələsinə qədəm qoyub.

Layihə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun nəzarəti altında həyata keçirilir. İşlərin təşkilinə rəhbərlik edən qəsəbə sakini Hafiz Rüstəmov və ərazi üzrə bələdiyyə nümayəndəsi Eldar Əhmədov demək olar ki, günün böyük hissəsini tikinti sahəsində keçirərək işlərin gedişinə nəzarət edirlər. Təşəbbüs qrupunda qəsəbənin hörmətli ağsaqqalları Əhməd Mahmudov, Sabir Məhərrəmov və Zahid Əhmədovun da fəal iştirakı xüsusi diqqət çəkir.

Bu layihəni digərlərindən fərqləndirən əsas cəhət isə insanların nümayiş etdirdiyi birlikdir. Cəmi 14 küçədən ibarət qəsəbədə hər küçə öz nümayəndəsini seçib, operativ əlaqələndirmə üçün ayrıca ünsiyyət qrupları yaradılıb. Nəticədə qısa müddətdə hər evdən 650 manat olmaqla vəsait toplanıb.

Ümumi dəyəri 1 milyon 190 min manat olan layihənin 600 min manatı məhz sakinlərin vəsaiti hesabına maliyyələşdirilib. Qalan hissənin təmin olunmasına isə ərazidə fəaliyyət göstərən bir sıra sənaye müəssisələri dəstək veriblər.

Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bəzi müəssisələr bu sosial əhəmiyyətli layihəyə qoşulmaqdan yayınıblar. Halbuki, bu ilin əvvəlində ərazinin nisbətən hündür hissəsində yerləşən bəzi müəssisələrin çirkab sularının qəsəbəyə axıdılması nəticəsində ciddi problemlər yaşanmış, zirzəmilər su altında qalmış, dörd yaşayış evində çatlar əmələ gəlmişdi.

Bu gün ərazidə gördüyüm mənzərə bir daha göstərdi ki, böyük problemlərin həlli təkcə dövlətin deyil, cəmiyyətin də həmrəyliyindən keçir. Dövlət qurumlarının nəzarəti, təşəbbüs qrupunun əzmkarlığı, sakinlərin fədakarlığı və sosial məsuliyyət nümayiş etdirən müəssisələrin dəstəyi nəticəsində illərlə həllini gözləyən bir problem artıq tarixə qovuşmaq üzrədir.

Ümid edirəm ki, bu nümunə digər yaşayış məntəqələri üçün də örnək olacaq və sosial məsuliyyət anlayışı daha da güclənəcək.

Müəllif: Vüsal Hacısoy

 

 

 

 


1-08-2026, 16:34 75

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106