10A marşrutunda xaos: Sakinlər 40 dəqiqə avtobus gözləyir

Sumqayıtın Kotec qəsəbəsi – Yaşıl Dərə istiqamətində fəaliyyət göstərən 10A nömrəli avtobus marşrutu ilə bağlı Sumqayit.tv-ə növbəti sakinlərin şikayəti daxil olub.

Sakinlərin iddiasına görə, marşrut xəttində problem artıq təxminən 6 aydır davam edir. Onlar avtobusların hərəkət intervalının normaya uyğun olmadığını və sərnişinlərin uzun müddət dayanacaqlarda gözləməli qaldığını bildirirlər.

Şikayətçilərin sözlərinə görə, son günlər vəziyyət daha da kəskinləşib. İddia olunur ki, 10A marşrutunda çalışan sürücülərin böyük hissəsi işdən imtina edib. Sakinlər bunu sürücülərin əməkhaqqı və ödəniş sistemi, eləcə də avtobusların hərəkət intervalı ilə bağlı narazılıqları ilə əlaqələndirirlər.

Müraciətdə bildirilir ki, əvvəlki sürücülərin təxminən 80 faizinin işdən imtina etdiyi, onların yerinə yeni sürücülərin cəlb olunduğu iddia edilir. Lakin sakinlərin sözlərinə görə, yeni sürücülərin işlədiyi avtobuslar da bəzən təxminən 40 dəqiqəlik intervalla hərəkət edir.

Hazırda isə sürücülərin bildirdiyinə görə, xətt üzrə cəmi 6 avtobusun reysə buraxıldığı iddia olunur.

Nəticədə sərnişinlər uzun müddət avtobus gözləməli olur və 10A marşrutundan istifadə edən sakinlərin narazılığı artır.

Qeyd edək ki, 10A marşrutu ilə bağlı oxşar şikayət daha əvvəl də gündəmə gəlib. İyunun sonunda Sumqayit.TV-yə müraciət edən Yaşıl Dərə sakinləri avtobusların hərəkət intervalının bəzi hallarda 30 dəqiqəyə qədər uzandığını bildirmişdilər.

Sakinlər aidiyyəti qurumlardan 10A marşrutunda yaranmış vəziyyətin araşdırılmasını, avtobusların real sayının və hərəkət intervalının açıqlanmasını, həmçinin sürücülərin narazılıqlarının səbəblərinə aydınlıq gətirilməsini istəyirlər.

Sumqayit.tv məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və marşrutun daşıyıcısının mövqeyini dərc etməyə hazırdır.


19-08-2026, 12:55 170

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106