Sumqayıtda Müşfiq Məmmədli və Tahir Mirkişili hesabat verdi, digər iki deputat illik hesabat açıqlamadı


Zodiak "öküz ili"ni geridə buraxdıq. İl başa çatdıqda dövlət idarələri, təşkilatlar və aidiyyatı qurumlar ilin yekunlarına dair hesabatlar verir. Bu il də istisna deyil. Ötən ilimiz koronavirus pandemiyasına qarşı mübarizə, Vətən müharibəsində qazandığımız qələbənin diplomatik müstəvidə möhkəmlətməklə yadda qaldı. Təbii ki, bu sırada Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti də geniş sferaları əhatə etdi. Ötən il Sumqayıt şəhəri də ölkənin həyatında aparıcı mövqeyini qoruyub saxladı. Təsadüfi deyil ki, şəhər üzrə 4 seçki dairəsi mövcuddur. Beləliklə Müşfiq Məmmədli, Tahir Mirkişili, Hicran Hüseynova və Emin Hacıyev "gənclər şəhəri"ni qanunverici orqanda təmsil etdi. İl yekunlaşdıqdan sonra deputatlar ənənəyə uyğun olaraq illik hesabat verirlər.
Sumqayit.tv olaraq bu məsələdə bir qədər araşdırma apardıq. Nəticə olaraq yalnız Müşfiq Məmmədli və Tahir Mirkişilinin ötən ilə dair illik hesabat verdiyi diqqət çəkdi. Müraciətlər əsasən sağlamlıq, işlə təminat, əlillik dərəcəsinin təyinatı, yardım, təhsil və s sahələri əhatə e
dib. Hər iki deputat fərqli formada hesabat təqdim edib. Bununla belə, bir çox məlumatlar bu hesabatda əks olunub. Ancaq digər iki deputat - Hicran Hüseynova və Emin Hacıyev ilə bağlı vəziyyət fərqlidi. Maraqlıdı digər iki deputat xalqa hesabat verdiyi halda, Hicran Hüseynova və Emin Hacıyevlə bağlı hesabata rast gəlmədik. Hər halda, xalqı Milli Məclisdə təmsil edən deputatların xalqa hesabat verməyi özlüyündə yaxşı bir nümunə sayılır.

İndi isə Müşfiq Məmmədli və Tahir Mirkişilinin illik hesabatlarını təkrarən diqqətinizə çatdırırıq:

1.Müşfiq Məmmədli 

Hesabat linki : https://www.facebook.com/watch/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&v=288660473325739



2. Tahir Mirkişili



Hörmətli Sumqayıt şəhər seçiciləri!
2021-ci il pandemiyadan qaynaqlanan çətin bir il olsa da imkanlar çərçivəsində şəhər sakinləri ilə görüşərək, onlardan daxil olan müraciətləri araşdıraraq, öz tərəfimizdən təhlillər apararaq problemləri həll etməyə, ideya və təklifləri dəyərləndirməyə, ehtiyacı olanlara dəstək olmağa çalışdıq. 

Gördüyümüz işlərin qısa infoqrafik hesabatını təqdim edirik. Bununla yanaşı əminəm ki, daha çox iş görmək də olardı. 

Bu ildə bizə bu işlərdə dəstək olan hər kəsə, dövlət orqanlarına, iş adamlarına, ayrı-ayrı xeyirxah insanlara, könüllü gənclərimizə öz minnətdarlığımı bildirirəm!

2022-ci ildə daha çox səylə daha çox işlər görməyə çalışacağıq!






14-01-2022, 22:26 370

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106