“Nəmişlikdən uşaqlarım revmatizm xəstəliyi tapıb” - Sumqayıtda yaşayan şəhid xanımı

 "Nəmişlikdən uşaqlarımın üçü də revmatizm xəstəliyi tapıblar”.

Sumqayit.tv xəbər verir ki, bu şikayətlə "qafqazinfo”ya şəhid mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva müraciət edib. Onun sözlərinə görə, yaşadıqları evi həyat yoldaşı şəhid olmamışdan əvvəl ipoteka ilə alıblar. Kreditdən qalan 10 min manat borcu şəhidimizin həyat sığortasını edən şirkət ödəyib. A. Babayeva qeyd edib ki, indiyə qədər şəhid olmuş həyat yoldaşına görə 11 min manat birdəfəlik ödəniş, Hərbi Komissarlıqdan dəfn xərcləri üçün 3 min manat ödəniş və özəl banklardan birindən 3 min manat ödəniş olunub:  

"Həyat yoldaşım təzə şəhid olanda "YAŞAT” Fondu evimizin təmiri üçün 15 min manat ayırıb. Dedim ki, bu, təmir üçün kifayət deyil, məbləği bir az da artırın. Onlar bunu imtina kimi qiymətləndirdilər və həmin pulu ləğv elədilər. Şikayət edəndən sonra zəng etdilər ki, sizə ancaq 10 min manat verə bilərik. Dedim axı bu məbləğ də azdır. O vaxtdan sonra uşaqlarım və özüm xəstə oldum, başım qarışıq oldu, pulu götürə bilmədim. Qarşıdan yoldaşımın ad günü, ili gəlir, istəyirəm ki, evi təmir edim. İndi o məbləği də ləğv ediblər. Deyirlər, pul verə bilərik, amma məbləği demirik. Məncə, bu təmir üçün yox, əşya üçün standart olaraq verilən 2500 manatdır”. 

A.Babayeva həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətində ev növbəsinə yazılsa da, adında ev olduğuna görə ehtiyacı olan kimi yox, istisna hal kimi qeydiyyata alındığını bildirir. Şəhidin xanımı uşaqlarının təhsil məsələsində də İcra Hakimiyyətinin köməklik etməsini istəyir. 

"YAŞAT” Fondundan bildirilib ki, şəhidimizin ailə üzvləri Fonda müraciət edib. Bank hesab nömrəsi təqdim ediləcəyi təqdirdə "YAŞAT” Fondu müraciəti qarşılamağa hazırdır. 

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, İcra Hakimiyyətində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi fəaliyyət göstərir: "Şəhidimiz Babayev Rahib Bəxtiyar oğlunun ailəsi də diqqət mərkəzində saxlanılır. Şəhidimizin ailəsinin hazırda yaşadığı mənzilin ipoteka borcu sığorta şirkəti tərəfindən ödənilib. Eyni zamanda şəhidimizin ailəsi İcra Hakimiyyətində istisna hal kimi mənzil növbəsinə alınıb. Şəhid ailəsi tərəfindən digər məsələlərlə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə məlumat daxil olmayıb. Əgər ailənin məktəblə bağlı hər hansı bir istəyi varsa, gün ərzində əlaqə saxlanılıb köməklik göstəriləcək”.

Qeyd edək ki, mayor Rahib Babayev düşmənin atdığı artilleriya mərmisindən ağır yaralanıb və şəhid olub. Oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medallarıyla təltif olunub.


19-05-2021, 15:27 260

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106