Sürücülər 5 manata görə kondisionerləri qoşmurlar -AÇIQLAMA

Sumqayıt şəhərində fəaliyyət göstərən marşrut avtobuslarının əksəriyyətində kondisioner problemi yaşanır. 
Bu haqda Sumqayit.tv-yə Sumqayıt şəhər sakinləri məlumat verib. Onların iddiasına görə avtobusların əksəriyyətində kondisionerlər işləmir. Baxmayaraq ki, həm havalar çox isti  keçir, həm də müdiriyyət tərəfindən avtobusların pəncərələrinə kondisionerlərin işlək olması ilə bağlı məlumat dərc olunaraq yapışdırılıb. Sürücülərin əksəriyyəti isə demək olar ki, bu cür halları nəzərə almır və kondisionerləri yandırmır. Belə hallardan biri də şəhərimizdə fəaliyyət göstərən dövlət qeydiyyat nömrəsi 50 AE 856 olan 10A avtobus marşrutunda müşahidə olunub. Bu da sərnişinlər arasında haqlı narazılığa səbəb olub. 
Məsələ ilə bağlı Sumqayıt şəhər Nəqliyyat Departamentinin rəis müavini Tofiq Saydumov ilə əlaqə saxladıq. Nəqliyyat rəsmisi məsələyə belə münasibət bildirib: “Düzü, mən məzuniyyətimlə əlaqədar Sumqayıt şəhərində deyiləm. Bu səbəbdən məsələ ilə bağlı məlumatlı deyiləm. Lakin bu problemlə bağlı deyə bilərəm ki, sürücülər 4-5 litr yanacağa görə kondisioneri yandırmırlar. Sumqayıt şəhər marşrutlarının 99%-də kondisionerlər işlək vəziyyətdədir. Hətta 10A marşrutu 7 metrlik yeni avtobuslardır. Bu üzdən hamısında kondisioner işləməlidir. Kondisioneri qoşmayan sürücülər 5 manat artıq pul qazansınlar deyə şərəfsizlik edir. Amma dediyim kimi hal hazırda işdə olmadığım üçün sizə bununla bağlı dəqiq məlumat verə bilmirəm.”

Müxbir:Şəbnəm Məşiyeva

19-07-2022, 14:26 662

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106