Nazirlik Sumqayıtdakı poliqonla bağlı yerli icra orqanlarının nöqsanlarını açıqladı


Xidmət rəisi 3-4 çıxış yolu göstərdi: "Bu gün Sumqayıtda çeşidlənməyə şərait yoxdursa, yerli icra orqanları bu tullantıları toplayıb Balaxanı poliqonuna daşıya bilər”
Sumqayıtın əsas ekoloji probleminə çevrilən, son günlərdə daha da kəskinləşərək alışıb yan(dırıl)mağa başlayan Sumqayıt məişət tullantıları poliqonundakı təhlükəli vəziyyət davam edir. Artıq poliqondakı məişət tullantıları demək olar ki, hər gecə alışıraq təhlükəli həddə gəlib və nəticədə Sumqayıtı kəskin üfunət qoxusu, habelə tüstü bürüyüb.

Sumqayıt.tv-in məlumatına görə Məsələ ilə bağlı Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlama verib. O, Sumqayıtdakı poliqonla bağlı yerli icra orqanlarının nöqsanları barədə danışıb və müvafiq çıxış yolları göstərib. Açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq.
Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, gözəl sənaye şəhəri olan Sumqayıt üçün havanın tüstülü, qoxulu olması xroniki hal alıb. Baxmayaraq ki, bununla bağlı dəfələrlə Ekolologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Məişət Tullantıları Poliqonunun idarə olunmasında ciddi nöqsanların olması yerli icra orqanlarının nəzərinə çatdırılıb, həmin poliqonun idarə edilməsi ilə məşğul olan Sumqayıt şəhər Təmizlik Departamenti MMC cərimələnib. Kiçik bir statistikanı nəzərinizə çatdırım ki, tək 2020-ci ildə bu poliqonu idarə edən hüquqi şəxs 6800 AZN məbləğində cərimə olunub, barəsində dəfələrlə məcburi göstəriş verilib. 2021-ci ilin 7 ayı ərzində isə, 5 akt, 2 inzibati protokol tərtib edilib və son olaraq iyul ayının sonlarında 4800 AZN məbləğində cərimə edilib. Lakin biz də anlayırıq ki, bu cərimələrlə məsələ həllini tapmır. Bu gün (dünən – red.) biz həmin əraziləri ən müasir cihazlarla bir daha monitorinq etdik, çünki sosial şəbəklərdə səbəbkar olaraq hansısa qurum, kimyəvi müəssisənin olduğu yazılır. Bu, tamamilə yanlışdır. Cihazların göstəriciləri də qeydə aldı kı, məişət poliqonunda bu gün yanğın olmasa da, orada dəm qazının həddi normadan dəfələrlə yüksəkdir və nəticədə tüstülənmə, atmosfer havasına diffuziya baş verir. Bu da öz növbəsində şəhər ərazisinin müəyyən xoşagəlməz qoxuyla əhatə olunmasına səbəb olur. 
Bəs nə etmək lazımdır? 
Əlbəttə ki, cərimələr Sumqayıt şəhər Təmizlik Departamenti MMC-ni fəaliyyətində müsbət dəyişikliklər etməsi üçün aparılan tədbirlərin bir hissəsidir, lakin ilk növbədə müasir bir poliqonun qurulmasına, məişət tullantılarının idarə olunmasına, ərazinin müvafiq hala gətirilməsinə ehtiyac var. Ən sadə üsul məişət tullantılarının orada çeşidlənməsidir. Bu halda poliqonda yanğın və bundan doğan xoşagəlməz qoxu, tüstü problemi olmayacaq. Çünki bu gün məişət tullantıları necə gəldi basdırılır və nəticədə torpağın altında proseslər gedir, öz-özündən alışma baş verir. Çeşidlənmə həyata keçirilərsə, bu hal baş verməyəcək. Balaxanıda çox müasir çeşidlənmə mərkəzi var. Bu gün Sumqayıtda çeşidlənmə prosesinə şərait yoxdursa, yerli icra orqanları bu tullantıları toplayıb Balaxanı poliqonuna daşınması  barədə fikirləşə bilər. Gec tez həmin mərkəzdən Sumqayıtda da yaradılacaq. Hələlik isə tullantıların Balaxanıya daşınması üçün iritutumlu nəqliyyat vasitələrinin alınması düşünülə bilər. Eyni zamanda tullantıIarın xüsusi qaydada yandırılmasına şəraiti olan bir neçə müəssisəylə əlaqə yaradılması mümkündür. Bu variantlar üzərində çalışıb, müəyyən pilot layihələr də həyata keçirilə bilər. Regionda belə bir problem varsa, pilot layihələrin də üzərində işlənilib həll yolları axtarılmalıdır. Gözəl infrastrukturu olan Sumqayıta layiq bir hal olmadığından hazırkı vəziyyət ürəkaçan deyil. Bununla bağlı ən təcili tədbirlər həyata keçirilməlidir.

3-08-2021, 16:54 210

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106