Konstantin Bondarenko: “Rusiya Cənubi Qafqazda əsas oyunçu olmaması ilə barışa bilmir” - MÜSAHİBƏ


Son günlər rusiyalı ekspertlər tərəfindən Azərbaycana qarşı çox sərt bəyanatlar səsləndirilir. Çoxsaylı Sivkovlar, Aleksandrovlar, Zatulinlər və başqaları Azərbaycanla “məşğul olacaqlarına” söz veriblər, Bakını bombalamağa çağırıblar və s. Eyni zamanda, Rusiya 10 aydır müharibənin davam etdiyi Ukraynada batıb qalıb. Ukrayna böhranını həll etməmiş Rusiyanın “danışan baş”ları digər qonşu dövlətlərlə münasibətləri gərginləşdirirlər. Niyə?
Oxu.Az bu barədə ukraynalı politoloq, tarixçi, Ukrayna Siyasət Fondunun rəhbəri Konstantin Bondarenko ilə söhbət edib:
- Rusiya elitasının heysiyyəti “sındırılıb”. Onlar imperiya, mərkəz olmağa öyrəşiblər. Müvafiq olaraq, imperiyanın tərkibində olmuş bütün ölkələr, torpaqlar Rusiya Federasiyasında müvəqqəti itirilmiş, qeyri-qanuni özgəninkiləşdirilmiş kimi qəbul edilir. Aydındır ki, onlar bu dövlətlərdə vəziyyətə yenə də təsir göstərməyə çalışırlar və bu zaman suverenliyi, hər kəsin öz maraqları, öz xarici və daxili siyasəti, müttəfiqləri və dostları olduğunu nəzərə almırlar.
Azərbaycana münasibətə gəlincə, ruslar bu gün Qafqazda gedən oyunda Rusiyanın əsas deyil, oyunçulardan biri olması, Azərbaycanın isə RF-nin deyil, Türkiyənin daha yaxın müttəfiqi olmasını qəbul edə bilmirlər. Bu vəziyyətdə daha bir məqam var. Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini tam yerinə yetirə bilməyib, indi də davadan sonra havada yumruqlarını yelləməyə çalışır.
- Sizcə, belə çıxışlar dövlət xəttidirmi?
- Rusiya və onun kimi bir çox başqa dövlətlərdə təsadüfi bəyanatlar olmur. Belə bəyanatlar vermək üçün meydan lazımdır. Rusiya Federasiyasındakı KİV isə əslində, vahid informasiya sisteminin bir hissəsidir.
- Yeri gəlmişkən, qalmaqallı bəyanatların müəlliflərindən biri - Mixail Aleksandrov da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan qovuldu...
- Bu, nadir haldır. Bəzən insanlar (məsələn, Mixail Aleksandrov – red.) şərti çərçivədən kənara çıxır və hədlərini aşırlar.

22-12-2022, 14:38 208

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106