Sumqayıt Nümayəndəliyində 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib - Fotolar


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt nümayəndəliyində gənclərlə görüş təşkil edilib.
Sumqayit.tv-in məlumata görə, tədbirdə QAİ Sumqayıt nümayəndəliyinin İdarə Heyətinin üzvləri və Şura sədrləri iştirak ediblər.

Tədbiri QAİ Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açaraq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, deportasiya və vandalizm siyasətindən danışıb. O, erməni silahlılarının bu vəhşilikləri beynəlxalq havadarlarının dəstəyi ilə həyata keçirdiyini vurğulayıb. Həmçinin, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini qeyd edərək bildirib ki, azərbaycanlılar sivil qaydada mübarizə apararaq öz ata-baba yurdlarına qayıtmaq istəyirlər.

Daha sonra Ziyalılar Şurasının sədri Mehman Adıgözəlov çıxış edərək, tarixən azərbaycanlıların ermənilərə həmişə qonaqpərvərlik göstərdiyini, lakin onların bu etimadı doğrultmadığını bildirib. O, gənclərə Azərbaycan həqiqətlərini beynəlxalq arenada təbliğ etməyi və gələcək nəsillərə ötürməyi tövsiyə edib.

Tədbirin sonunda təşkilati məsələlər müzakirə olunub. QAİ Sumqayıt nümayəndəliyinin Gənclər Birliyinin sədri İlkin Şirinov nümayəndəliyin sədr müavini vəzifəsinə təyin olunub. Gənclər Birliyinin müavini Fuad Məmmədov, nümayəndəliyinin gənclər təskilatının sədri olub. Digər boş qalan müavin postuna isə Müşfiq Əhmədov təyin edilib.

Tədbir müzakirələrlə davam edib.

 

 

 

 

 

 

 

 


 


 


 


 


 


 


 

30-03-2025, 18:37 343

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106