“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində “Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib.

Sumqayit.tv xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyin və qəsəbə Ağsaqqallar Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndələri, qəsəbə sakinləri, Ağsaqqallar Şurasının üzvləri, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbirdə Qərbi Azərbaycan mövzusu geniş şəkildə müzakirə olunub. Tədbir əvvəlcə şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Hacı Zeynalabdin qəsəbəsi Ağsaqqallar Şurasının sədri Arif Qafarov çıxış edərək, Qərbi Azərbaycanın tarixi, milli-mənəvi irsi və xalqımızın formalaşmasında oynadığı rol barədə geniş məlumat verib. O, gənc nəslin tarixi həqiqətləri bilməsinin və milli dəyərlərə sahib çıxmasının vacibliyini vurğulayıb.

Daha sonra icmanın qəsəbə üzrə nümayəndəsi Mehriban Nəcəfova çıxışında Qərbi Azərbaycan həqiqətləri, tarixi torpaqlardan deportasiya olunmuş soydaşlarımızın yaddaşı və bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə ətraflı danışıb. O qeyd edib ki, bu istiqamətdə maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır.


Tədbirdə 19 və 6 saylı məktəblərin tarix müəllimləri Vəsilə Məmmədova və Sevil Mehrəliyeva çıxış edərək, Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi, adət-ənənələri və milli kimliyimizin qorunması barədə fikirlərini geniş şəkildə bölüşüblər. Onlar şagirdlərin bu mövzuda məlumatlı olmasının xüsusi əhəmiyyət daşıdığını bildiriblər.


Ardınca Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin İdarə Heyətinin üzvü Akif Şahbazov çıxış edərək, görülən işlərdən, ictimai fəallığın artırılmasının vacibliyindən və Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə təbliğ olunmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclər bu prosesin əsas aparıcı qüvvəsidir. Onlar tariximizi öyrənməli, araşdırmalı və doğru məlumatı cəmiyyətə çatdırmalıdırlar. Maarifləndirmə işi məhz gənclər vasitəsilə daha effektiv olur.


19 saylı məktəbin direktor müavini Xatirə Cəfərova çıxış edərək, Qərbi Azərbaycan mövzusunun gənc nəslin maarifləndirilməsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, məktəblərdə keçirilən belə tədbirlər şagirdlərin tarixi həqiqətləri öyrənməsinə, milli-mənəvi dəyərlərə bağlı böyüməsinə töhfə verir. Xatirə Cəfərova təhsilin bu istiqamətdə əsas rol oynadığını vurğulayıb.


Daha sonra qəsəbə xəstəxanasında fəaliyyət göstərən, təqaüddə olan polkovnik Şükür Əliyev çıxış edib. O, hərbi və vətənpərvərlik ənənələrindən danışaraq, Qərbi Azərbaycan mövzusunun milli birlik və həmrəylik baxımından önəmli olduğunu bildirib. Şükür Əliyev gənclərə vətənə sədaqət, dövlətçiliyə bağlılıq və məsuliyyət hissinin aşılanmasının vacibliyini qeyd edib.

Qəsəbənin Ağsaqqallar Şurasının üzvü Məmməd Qarazadə çıxışında vurğulayıb ki, Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir və bu istiqamətdə ictimai birlik və həmrəylik xüsusi önəm daşıyır. O, tədbirin keçirilməsini yüksək qiymətləndirərək təşkilatçılara təşəkkürünü bildirib.

Ziyalılardan Nazim Hüseynov çıxışında vurğulayıb ki, bu tədbirlər Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda nümayəndəliyin sədri Ramiz İsmayılov yekun nitqində tədbirin məqsəd və məramını yüksək qiymətləndirərək iştirakçılara təşəkkür edib. O vurğulayıb ki, Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir və bu istiqamətdə birliyin, həmrəyliyin və davamlı fəaliyyətin daha da gücləndirilməsi mütləqdir. Bu məsələ təkcə tarixi mövzu deyil, eyni zamanda milli məsələdir. Tarixi ədalətin çatdırılması, deportasiya faktlarının unudulmaması və beynəlxalq səviyyədə məlumatlandırma bu istiqamətdə vacibdir.Qərbi Azərbaycan və ortaq dəyərlər bir-birini tamamlayan anlayışlardır. Birlik, həmrəylik və milli məsuliyyət bu məsələdə ən vacib amillərdir.


28-02-2026, 11:44 224

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106