Bu xəstəxanalarda aparatlar işləmir



Hesablama Palatası böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinin nəticələrini açıqlayıb.

Bu barədə Palata məlumat yayıb. Bildirilib ki, proqramda nəzərdə tutulmadığı, habelə buna dair hər hansı əmr və ya sərəncam olmadığı halda, Proqrama ayrılmış vəsait hesabına satın alınan dərmanlar qaraciyər və ürək köçürülən, qırmızı qurdeşənəyi, habelə böyrəklərin bəzi xroniki xəstəlikləri, o cümlədən xroniki qlomerulonefrit, xroniki nefrit, nefrotik sindrom diaqnozu olan xəstələrə də verilmişdir ki, bu da XBÇ ilə bağlı ayrılmış vəsaitlərin nəticəliliyinə təsir edən amil olaraq qiymətləndirilmişdir.
Proqramın məqsədlərinə nail olunması ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi, daxili nəzarət üzrə müvafiq tədbirlərin, o cümlədən zəruri monitorinqlərin həyata keçirilməməsi bəzi rayonlarda hemodializ şöbəsinin yaradılmaması, bir sıra hallarda isə yaradılaraq avadanlıqlarla tam təmin edilməməsi ilə nəticələnmişdir. Belə ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına (bundan sonra – RMX) 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamamış, əhaliyə digər rayonlarda xidmət göstərilmişdir.
Hemodializ şöbələrinin laborator imkanlarının məhdudluğu, analiz cavablarının bəzi hallarda tam səhih olmaması, böyrəkköçürmə əməliyyatı icra edilmiş xəstələrə xüsusi reabilitasiya proqramlarının təşkilinin zəruri olması və hazırda TƏBİB-in tabeliyində olan reabilitasiya tipli tibb müəssisəsinin maddi-texniki bazasının bu xidmətin həyata keçirilməsi üçün uyğun olmaması tibb müəssisələrinin müvafiq avadanlıqlarla təchizat səviyyəsində müəyyən çatışmazlıqların mövcudluğunu qeyd etmək imkanı verir. Bu amil, eləcə də yuxarıda göstərildiyi kimi, fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməmişdir. Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərmiş, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olmuşdur. Zəruri məlumatların əhatəlilliyinin aşağı olması, xəstələrin dövlət hesabına böyrəkköçürmə növbəsinə yazılmalarına dair qaydaların qəbul edilməməsi, prosesin elektronlaşdırılmaması və nəzarət mexanizmlərinin qurulmaması, xəstələrin növbədə yerinə dair qiymətləndirmə prosedurlarının tətbiq edilməməsi, yuxarıda da qeyd ediliyi kimi, böyrəkköçürmə ilə bağlı fəaliyyətdə bir sıra nöqsanlara yol açmışdır.

26-10-2022, 15:00 348

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106