Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi uşaq xəstəxanasında görüş keçirib

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova tabeli tibb müəssisələrində kollektivlə görüşləri davam etdirir. 
Sumqayit.tv
xəbər verir ki, növbəti belə görüş Uşaq Xəstəxanasında keçirilib. Direktor müavini Arzu Bəndəliyevanın, müvafiq şöbə və bölmə rəhbərlərinin də qatıldığı görüşdə xəstəxananın baş həkim əvəzi Esmira Hüseynova rəhbərlik etdiyi tibbi müəssisəsinin sutkalıq fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, xəstəxana Sumqayıtda 110 mindən yuxarı uşaq əhaliyə xidmət göstərir, müəssisənin təcili tibbi yardım şöbəsi müasir tələblərə uyğun olaraq yenidən qurulub. Digər şöbələrdə də bu istiqamətdə işlər davam etdirilir. 
Görüşdə müvafiq şöbə rəhbərlərinin gündəlik hesabatları, tibbi personalın avadanlıq, cihaz, dərman, tibbi sərfiyyat üzrə təchizat və təminat kimi məsələlərlə bağlı müraciətləri dinlənilib. 

STM-in direktoru Səkinə Sadıxova çıxış edərək tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində mərkəz tərəfindən görülən işlərdən danışıb, tibb müəssisələrinin yeni müasir tibbi avadanlıqlarla təchiz edilməsi ilə bağlı TƏBİB rəhbərliyi tərəfindən həyata keçirilən addımları kollektivin diqqətinə çatdırıb. 
Direktor kadr potensialının gücləndirilməsinin, tibb personalının peşəkarlığının artırılmasının vacibliyini vurğulayıb. 
S. Sadıxova çıxışında  pasiyent məmnunluğunun ən vacib şərtlərdən biri olduğunu qeyd edib və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şöbə rəhbərlərinə zəruri tapşırıqlar verib. 
Sonda tibbi personalı maraqlandıran suallar cavablandırılıb.




14-09-2023, 20:39 276

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106