Yeni virus yayıldı: "Artıq hər kəsin taleyi..." - ŞOK XƏBƏRDARLIQ

 

Çində həftələrdir yayılan və xəstəxanalardakı yerlərin dolmasına səbəb olan "pnevmoniya virusu" Hindistan və ABŞ-dan sonra Avropa ölkələrinə yayılıb və bu səbəbdən dünyada "yeni epidemiya" narahatlıqları artıb.
Sumqayit.tv xəbər verir ki, daha çox uşaqlarda görünən xəstəliyin yayılması faktı Danimarka və Hollandiya tərəfindən təsdiqlənib. Fransada isə yoluxma hallarının epidemiya səviyyəsinə çatdığı bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sətəlcəm dalğasına səbəb olan yeni patogenə dair heç bir dəlil olmadığını, lakin vəziyyətin yaxından izləndiyini açıqlayıb.
Vaşinqton Universitetinin Patologiya şöbəsinin professoru Donald Karçer xəstəliyin yayılması ilə bağlı Britaniyanın "Daily Star" qəzetinə danışıb:
6572d0a64e3fe02c40a9a3de.jpg (67 KB)
"Koronavirus epidemiyasının qoyduğu izlərini nəzərə alsaq, insanların yeni bir virusa görə təşvişə düşməsi tamamilə başa düşüləndir. Bundan sonra hər kəsin taleyi öz əlindədir. İndi edə biləcəyimiz şey xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbir görməkdir. Tətil mövsümü yaxınlaşdıqca diqqətli olmaq düzgün olardı. Səyahət edirsinizsə, maska taxmağı məsləhət görürəm".
Bəs bu xəstəliyin əlamətləri hansılardır?
Pnevmoniya ağciyərlərin hava kisələrinin iltihabına səbəb olan bir xəstəlikdir. Hava kisələrinin iltihabı öskürək və ya tənəffüs çətinliyi kimi əlamətlərlə özünü göstərir. Bakteriyaların yaratdığı pnevmoniya antibiotiklərlə müalicə olunur. Viral pnevmoniyada antibiotiklər faydasız hesab edilir və xəstənin ümumi vəziyyətini dəstəkləmək üçün müalicələr aparılır.
Xəstəliyin əsas əlamətləri isə bunlardır:
-Qızdırma, titrəmə, tərləmə
- Öskürək, bəlğəm
- Sinə/kürək ağrısı
- Sürətli nəfəs
- Döş qəfəsində xırıltı
- Qusma
- Baş ağrısı
- Əzələ ağrısı
- Zəiflik, iştahın azalması

8-12-2023, 16:30 232

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106