Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunmuş tədbir keçirilib - FOTOLAR


Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərin 75 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə "Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ulu öndərin Azərbaycan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə dair videoçarx nümayiş olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və tibb müəssisələrinin kollektivlərinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov qeyd edib ki, xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndərin amallarına sadiq olan müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bugün həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin profilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən işlər nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Qeyd olunub ki, Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir.

Digər çıxış edənlər - STM-nin Perinatal Mərkəzinin rəhbəri, "Əməkdar həkim” Təranə Rəcəbli, Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Famil Qaflanov və 2 nömrəli Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva və Heydər Əliyevin siyasətinin ötən 21 il ərzində Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar. Vurğulayıblar ki, bu siyasətin ən böyük uğurlarından biri səhiyyənin keçdiyi sürətli inkişaf yoludur. Bugün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır.

Daha sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Şəhid övladlardan ibarət xor kollektivinin çıxışı izləyiciləri qürurlandırıb. Balaca fidanlara hədiyyələr, xor kollektivinin rəhbəri Həcər Əkbərova təşəkkürnamə təqdim olunub.













16-05-2024, 19:36 337

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106