Gənclər arasında sürətlə yayılan xəstəlik – SƏBƏB NƏDİR?



Gənc yaşda Parkinson xəstəliyinə tutulma halları artmağa başlayıb.
Nevroloq, Dr. Gülten Özdemir yaşlılıqda daha çox rast gəlinən Parkinsonun artıq gəncləri hədəf almasının səbəblərindən danışıb.
"Bəzi tədqiqatlar göstərir ki, quyu suyu, insektisidlər, qurğuşun və civə kimi ekoloji toksiklərə məruz qalmaq bu halların artmasında rol oynaya bilər”, - deyə həkim bildirib.

Nevroloqun sözlərinə görə, beyin hüceyrələrinə təsir edən Parkinson xəstəliyi adətən 60 yaşdan yuxarı insanlarda müşahidə edilirdi, lakin son illərdə xəstəliyə 40 yaşın altındakı insanlarda da rast gəlinir.
“Parkinson Alzheimerdən sonra ikinci ən çox görülən nevroloji xəstəlikdir. Son illərdə hətta 20-30 yaşlarında olan insanlar da Parkinsonla üzləşə bilir”, - deyə G.Özdemir qeyd edib.
Nevroloq Parkinson xəstəliyinin əlamətləri haqqında məlumat verib:
“Beynin müəyyən anatomik bölgələrində dopamin ifraz edən hüceyrələrin degenerasiyası və itkisi nəticəsində Parkinson xəstəliyinin simptomları baş verir. Degenerasiyanın dəqiq səbəbi məlum deyil. Alimlər ispan qripindən sonrakı illərdə Parkinson xəstəliyinə yoluxma hallarının artıb-artmadığını və eyni artımın koronavirusdan sonra müşahidə olunub-olunmadığını araşdırırlar”.
Həkimin sözlərinə görə, xəstələrin 25 faizində titrəmə olmur.
“Hər titrəmə Parkinson xəstəliyi ilə əlaqəli deyil. Ancaq Parkinson xəstəliyinə diaqnoz qoyarkən xəstənin hərəkətlərinin yavaşlamasını nəzərə almaq vacibdir. Parkinson xəstələrinin gündəlik həyatlarını aktiv şəkildə davam etdirə bilmələri üçün velosiped, yoqa, üzgüçülük, pilates, gəzinti kimi fərdi fizioterapiya proqramları və məşqlər çox əhəmiyyətlidir. Xəstəliyin müalicəsinin məqsədi simptomları azaltmaq və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Xəstənin yaşı, xəstəliyin mərhələsi, istifadə olunan dərmanların əks təsirləri müalicə prinsipini müəyyən edən amillərdir. Əsas müalicə azalmış dopamin səviyyəsini artırmaqdır. Xüsusilə dərmana ilkin mərhələdə, yəni dopamin anbarları tükənməzdən əvvəl başlamaq vacibdir”.
Nevroloq vurğulayıb ki, xəstəliyin gedişində depressiya və demans kimi əlamətlər də yarana bilər.
“Xəstələr yaxından izlənilməli və şikayətləri olduqda müvafiq müalicə təyin edilməlidir. Əgər Parkinson diaqnozu qoyulan xəstə dərman müalicəsinə adekvat reaksiya vermirsə və dərmanla əlaqəli əks təsirlər yaşayırsa, o zaman Dərin Beyin Stimulyasiyası tətbiq olunur”.//Medicina.az

6-07-2024, 16:49 182

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106