Sarıkökün insan orqanizminə faydaları



Sarıkök (Curcuma longa L.) Asiya ölkələrində geniş istifadə olunan, “hind zəfəranı”, “sarı rəng”, “zəfəran kökü”, “sarı çöp” kimi adlandırılan, Zingiberaceae (zəncəfillər) fəsiləsinə aid çoxillik,   sarı çiçəkli, iri yarpaqlı ot bitkisidir. Sarıkök antioksidant tərkibi ilə yanaşı, kurkuminlə zəngin ədviyyat növüdür.

Kurkumin sarıkök bitkisinin köklərindən əldə edilən sarı bir komponentdir, suda həll olmayan, işığa həssas, hidrofob və tautomer birləşmədir. Polifenolik birləşmə olan sarıkökün acı dadı var.
Sarıkök soyuqdəymə, öskürək, sinuzit, revmatik xəstəliklər və dəri xəstəliklərində istifadə edildiyi üçün hind təbabətində mühüm əhəmiyyətli bitki hesab olunur. Məhz bu səbəbdən Hindistanda və Çində sarıkök çox becərilir. Qan təmizləyici, eləcə də dəri yumşaldıcı xüsusiyyətə malik olduğu üçün sarıkökdən dəri xəstəliklərinin müalicəsində tətbiq edilən kremlərin və hamam sabunlarının istehsalında, kəsik və yaraların ev şəraitində müalicəsində istifadə olunur. Eyni zamanda kurkumin leykoz, mədə-bağırsaq sistemi, ağciyər, sidik-cinsiyyət orqanları, yumurtalıq, döş xərçəngi xəstəliklərinin qarşısının alınmasında profilaktik xüsusiyyətlərə malikdir. Sarıkökün antioksidant və iltihab əleyhinə malik xüsusiyyətləri Alzheimer xəstəliyi, kataraktanın əmələ gəlməsi, dağınıq skleroz, qaraciyərin zədələnməsi, infarkt, insult və bir çox xəstəliklərinin qarşısının alınmasında mühüm rola malikdir.
Ənənəvi təbabətdə geniş istifadə olunan kurkumin bir çox  məqsədlər üçün istifadə edilir. Son 30-40 ildə kurkumin haqqında çoxlu elmi araşdırmalar aparılıb, xüsusilə onun iltihab və xərçəng əleyhinə təsirləri vurğulanıb. Hal-hazırda xərçəng xəstəlikləri ilə mübarizədə, kimyaterapiyada kurkumindən anti xərçəng maddə olaraq  istifadə maraq doğurur. Bu maddə xərçəngin bütün mərhələlərində, kanserogenezdə, metastaz prosesində iştirak edən hüceyrələri inhibə etmək qabiliyyətinə malikdir.
Kurkuminin antioksidant xüsusiyyəti toxuma hüceyrələrini toxumada əmələ gələn və DNT-yə zərər verə bilən sərbəst radikallardan qorumaq üçün imkan yaradır. Xərçəng hüceyrələrinin əmələ gəlməsinin səbəblərindən biri toxuma hüceyrələrində DNT-nin mutasiyasıdır. Bu komponent bədəndəki mutasiyaya uğramış xərçəng hüceyrələrini məhv edir və onların bədənə yayılması və daha çox zədələnməsinin qarşısını alır.
Tədqiqatlar göstərir ki, kurkumin bir çox müxtəlif xərçəng növlərinin müalicəsində istifadə edilə bilər. 65-dən çox klinik araşdırma  nəticəsində müəyyən edilib ki, kurkumin xərçəng xəstələrinin istifadəsi üçün təhlükəsiz və təsirlidir. Təkbaşına kurkumin istifadəsinin xərçəng xəstələrinə təsirli olduğunu ifadə etməklə yanaşı, müxtəlif xərçəng əleyhinə birləşmələrlə birlikdə çox müsbət nəticələrin  alındığı da görülüb.
Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Xədicə Doldolova və Aysel Məmmədova tərəfindən hazırlanıb.

12-04-2022, 11:49 271

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106