STEM Analitik Mərkəzi gənc alimlər üçün elmi forum keçirəcək


Dekabrın 2-də Sputnik Azərbaycan-da Azərbaycanın 44 günlük Vətən Müharibəsində Qələbəsinə həsr olunmuş “Qafqazda təhlükəsizlik və çağırışlar” adlı Gənc Alimlərin Respublika Forumu ilə əlaqədar mətbuat konfransı keçirilib.

Sumqayit.tv xəbər verir ki, Forumun özü dekabrın 19-da baş tutacaq və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu ilə birgə STEM Analitik Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Mətbuat konfransında STEM Mərkəzinin rəhbəri Orxan Yolçuyev və politoloq İlqar Vəlizadə çıxış edib.

STEM Mərkəzinin rəhbəri Orxan Yolçuyev bildirib ki, forumun əsas məqsədi beynəlxalq münasibətlər, diplomatiya, politologiya, beynəlxalq hüquq və tarix sahələrində potensial alimləri üzə çıxarmaqdır.

O əlavə edib ki, forumda iştirak gənc mütəxəssislərə öz potensialları göstərrmək üçün gözəl imkandır.

“Müharibədən sonra regionda vəziyyət dəyişdi. Azərbaycan təkcə regionda deyil, dünyada öz rolunu gücləndirib. Bunun üçün də gənc mütəxəssislərə ehtiyacımız var”.

Politoloq İlqar Vəlizadə bildirib ki, forum gənc alimlər üçün öz tədqiqat potensialını göstərmək, nitq bacarıqlarını inkişaf etdirmək və Azərbaycanı gələcəkdə dünya miqyasında təmsil etmək üçün unikal imkandır.

O, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, hələ də regionda sabitliyi pozmağa çalışan oyunçular var. “Bu, çox təhlükəli oyundur. Tarixən üçüncü ölkələr regionda öz maraqlarını təmin etməyə çalışıblar”, - deyə o əlavə edib.

Ekspert əlavə edib ki, “3+3” formatının əsas məqsədi odur ki, region ölkələr üçüncü dövlətlərin müdaxiləsi olmadan bütün problemlərini özləri həll etsinlər. “Ən başlıcası regionda sabit siyasi, iqtisadi və elmi mərkəzlərin yaradılmasıdır ki, bu da bütün regionun gələcək inkişafına töhfə verəcək”, - İ.Vəlizadə qeyd edib.









2-12-2022, 16:28 682

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106