ATƏT rəhbəri Rusiyaya çağırış etdi


Rusiya dərhal Ukraynaya qarşı müharibəni dayandırmalı və qoşunlarını ölkə ərazisindən çıxarmalıdır.
Sumqayit.tv
bildirir ki, bunu Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in hazırkı rəhbəri Buyar Osmani Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Mən indi ATƏT-in rəhbəri kimi buradayam və Rusiya Federasiyasını bu müharibəni dayandırmağa, öz qüvvələrini və qoşunlarını Ukraynadan çıxarmağa, həmçinin ATƏT-in dəyər və prinsiplərinə sədaqət göstərməyə və diplomatiya yoluna qayıtmağa çağırıram”, - deyə o bəyan edib.
Bundan əlavə, Osmani Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün, o cümlədən Dneprdə yaşayış binasına raket hücumunu pisləyib.
“Vurğulamaq istərdim ki, biz Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünü tamamilə pisləyirik. Dneprdə həftə sonu dinc sakinlərə qarşı hücumun şahidi olduq. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, çox üzücüdür və biz buna dözə bilmərik”, - ATƏT rəhbəri bildirib.
Osmani təsdiqləyib ki, Ukrayna mövzusu Şimali Makedoniyanın ATƏT-ə sədrliyi dövründə təşkilat üçün prioritet olaraq qalacaq.
“Biz Ukraynanı qətiyyətlə dəstəkləyəcəyik və bu yoldan dönməyəcəyik. Baş verənləri qəbul etməyəcəyik. Bunun əvəzinə sülhü bərpa etmək və prinsiplərimizə, öhdəliklərimizə hörmət etmək üçün ATƏT-in bütün vasitələrindən istifadə edəcəyik”, - diplomat yekunlaşdırıb.
Xatırladaq ki, bu gün ATƏT-in rəhbəri Buyar Osmani Ukraynaya rəsmi səfərə gəlib.//Oxu.az

17-01-2023, 11:45 147

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106