Bakı güzəştə getmir: təzyiqə dözəcəkmi? – İsgəndəryan


Situasiya müxtəlif cür inkişaf edə bilər: bu, təzyiqin necə göstəriləcəyindən və Azərbaycanın nəyə hazır olmasından, nəyə hazır olmamasından asılıdır.
Sumqayit.tv xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan erməni mediasına açıqlamasında deyib.
Onun fikrincə, vəziyyətin inkişafının birinci variantı ondan ibarətdir ki, Azərbaycan heç bir tərəfdən (Laçın və Ağdam yolları – red.) humanitar yardıma icazə verməyəcək və Avropanın artan təzyiqi ilə vəziyyət təxminən indiki kimi qalacaq.
İsgəndəryan qeyd edib ki, Ermənistana və “Qarabağ”a da qapalı formada təzyiq edildiyi şübhəsizdir, ancaq hazırda açıq təzyiq Azərbaycanadır:
“Fransadan gələn humanitar yük nə deməkdir? Bu, sadəcə, hansısa ictimai təşkilat deyil, burda siyasi kontekst var. Digər tərəfdən, Azərbaycanın necə reaksiya verdiyini görmək olar. İnsanların həbsi və saxlanması da təsadüfi deyil”.
O, Bakının vasitəçi qəbul etməyə hazır olduğuna şübhə etdiyini bildirib:
“Çünki Bakının konsensus və güzəşt etmək fikri yoxdur”.
İsgəndəryan ikinci variant kimi hər iki yolun açıla biləcəyini qeyd edib:
“Ancaq burda da altvariantlar var: yollar hansı formada açılacaq, hansı müddətə, hansı müddətdən sonra bağlanacaq, bu, sadə keçid olacaq, yoxsa təchizat fürsəti yaradacaq.
Təsəvvür etmək çətindir ki, azərbaycanlılar Ağdamdan keçid olmadan Laçından yük göndərməyə razılaşsınlar. Düşünmürəm ki, bunu edəcəklər”.
O, vəziyyətin həddən artıq mürəkkəb olduğunu və hansısa ciddi addımlar atılacağını ehtimal etməyə çətinlik çəkdiyini vurğulayıb:
“Buna baxmayaraq, bu, akt deyil, prosesdir, bu çərçivədə Qarabağda ermənilər yaşayır və hələ də orda Azərbaycan hakimiyyəti yoxdur”.//axar.az

31-08-2023, 10:00 137

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106