AŞPA Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı

 

Avropa Şurası Parlament Assambleyası Qolodomoru - 1932-33-cü illərdə Stalin rejimi tərəfindən Ukrayna ərazisində törədilən kütləvi aclığı Ukrayna xalqının soyqırımı kimi tanıyıb, həmçinin Rusiyanın Ukrayna xalqına qarşı yeni törətdiyi cinayətləri pisləyib.
Sumqayit.tv xarici agentliklərə istinadən xəbər verir ki, AŞPA-nın cümə axşamı Strasburqda keçirilən iclasında qəbul edilən qətnamədə “Rusiyanın Ukraynaya qarşı məqsədyönlü işğalçılıq siyasəti Ukrayna xalqını məhv etmək üçün əvvəlki cəhdin faciəvi xatırlatmasıdır” cümləsi yer alıb.
 Bu, əslində Qolodomorda rəsmi Moskvanın ittiham olunması anlamına gəlir.
“Bu mülahizələri nəzərə alaraq, Assambleya Qolodomoru Ukrayna millətinin, dilinin və mədəniyyətinin əsaslarını məhv etməyə yönəlmiş soyqırım aktı kimi tanımaq və onun qurbanlarının xatirəsini ehtiramla yad etmək qərarına gəlir”,-deyə sənəddə qeyd olunub.
AŞPA-nın qərarını məmnuniyyətlə qarşılayan Ukrayna prezidenti Vladimir Zelenski bunları yazıb: “Tarixi ədalətin bərpası və Qolodomor qurbanlarının xatirəsinin yad edilməsi Rusiyaya açıq siqnaldır: Moskvanın bütün keçmiş və indiki cinayətlərinə görə ədalətli cəza alması qaçılmazdır”.
Qolodomor - 1932-1933-cü illərdə Sovet hökuməti tərəfindən həyata keçirilən taxıl tədarükü siyasəti və Ukrayna kəndlilərinin bütün ərzaq ehtiyatlarının müsadirə edilməsi nəticəsində baş verib. Həmin vaxt Ukraynada kütləvi qıtlıq və aclıq bütün ölkəni bürüyüb, hətta əhali arasında kanibalizm halları müşahidə olunub.
Aclıq nəticəsində ən azı 5 milyon insan öldü, lakin dəqiq rəqəmlər məlum deyil. Bir çox tarixçilər həmin aclıq siyasətinin Sovet hakimiyyətinin Ukrayna ərazisində qəsdən təşkil etdiyi fikri ilə  razılaşır. Ukrayna Ali Radası 2006-cı ildə Qolodomoru soyqırım kimi tanıyıb.
//Musavat.com

13-10-2023, 14:00 205

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106