Lavrovdan Azərbaycan açıqlaması – “Vəziyyət kəskinləşdikdən sonra...”



Rusiya Ermənistan rəhbərliyinin bəyanatlarını izləyir, öz əməli addımlarını planlaşdırarkən bunları nəzərə alacaq.
Sumqayit.tv
xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatları əsasında İrəvanla Bakı arasında nizamlanmanın alternativi yoxdur.
“İrəvanda son aylarda Qarabağ münaqişəsinin kəskinləşməsinin Ermənistan üçün uğursuz nəticələrinə görə Moskvaya qarşı təxribatçı fikirlər səslənir. Hər gün Ermənistan rəhbərliyinin ağzından eşidilən həmin bəyanatlar bizi əslində nə baş verdiyini və əməli addımlarımızda bunu necə nəzərə alacağımızı düşünməyə vadar edir”, - Lavrov bildirib.
Rusiyalı nazir Bakı ilə İrəvan arasında müxtəlif Qərb ölkələrinin vasitəçiliyi ilə təşkil olunan təmaslara diqqət çəkib.
“Azərbaycanlı həmkarımdan (Ceyhun Bayramov) təəssüratlarını soruşdum. Cavabları məndədir”, - Lavrov əlavə edib.
Eyni zamanda, nazir söyləyib ki, Bakıda bütün məsələləri Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatlarına uyğun olaraq həll etməyə hazır olduqlarını təsdiq edirlər:
“Məncə, irəliləyiş üçtərəfli sazişlərin nə dərəcədə ədalətlə yerinə yetirilməsindən asılı olacaq”.
Rusiyanın baş diplomatı onu da qeyd edib ki, Moskva həm regionda bütün kommunikasiyaların açılması, həm sərhədlərin delimitasiyası, həm də müvafiq olaraq sülh müqaviləsinin hazırlanması ilə bağlı yardım göstərməyə davam etməyə hazırdır.
Lavrov xatırladıb ki, Rusiya bu məsələnin həllinə kömək etmək üçün xüsusi tapşırıqlar üzrə səfir təyin edib, o, artıq Bakıda olub, İrəvana səfər etməyi planlaşdırır.
“İrəvandakı həmkarlarımız bunu təsdiqləməyib”, - nazir erməni tərəfinin yanaşmasından şikayətlənib.




2-03-2024, 16:33 200

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106