Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri Naxçıvana gəlib


Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sumqayit.tv xəbər verir ki, Ali Məclisin Sədri nümayəndə heyətini Naxçıvanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı hərbi əməkdaşlıqdan bəhs edib. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində görülən işləri və həyata keçirilən hərbi təlimləri diqqətə çatdıran Ali Məclisin Sədri Naxçıvanda müdafiə təhlükəsizliyinin təmin olunduğunu bildirib, İkinci Qarabağ müharibəsində Türkiyə dövlətinin siyasi dəstəyini qeyd edib.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əsasını qoyduğu Azərbaycan-Türkiyə əlaqələrinin ölkə Prezidentləri tərəfindən uğurla davam etdirildiyini və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib, Qars müqaviləsi və Şuşa bəyannaməsinin bu mənada əhəmiyyətini vurğulayıb.
Göstərilən səmimi münasibətə və nümayəndə heyəti ilə görüşə görə minnətdarlıq edən Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dere Vətən müharibəsində qazanılan tarixi qələbə münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Qonaq ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi olaraq ordu quruculuğu sahəsində görülən işlərin vacibliyini vurğulayıb, Naxçıvan Muxtar Respublikasının mühüm strateji və coğrafi əhəmiyyətinə toxunub.
Görüşdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1-10-2021, 10:58 189

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106