Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur


Azərbaycanla sülh sazişini razılaşdırılmış bəndlər (Paşinyan 13 bəndin razılaşdırıldığı, 3 bəndin müzakirə edildiyini iddia edir) üzrə imzalamaq istəyən İrəvanın yeni manevrlər etdiyi müşahidə edilir.
- Nikol Paşinyan sentyabrın 26-da BMT-də çıxışı zamanı “sülh sazişinin artıq razılaşdırılmış maddələrini noyabrda baş tutacaq COP-29 iqlim konfransına qədər imzalamaq” təklifi ilə çıxış etdi;
- Sentyabrın 30-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini təsdiqlədi: əsas diqqətçəkən məqam 33 səhifəlik qərarın böyük hissəsinin Ermənistan “istiqlal bəyannaməsinə” həsr edilməsidir; məhkəmənin qərarında deyilir ki, “istiqlal bəyannaməsi” heç vaxt konstitusiya dualizmi məqsədi olmayıb, yəni ana qanunla bərabərhüquqlu deyil və konstitusiya preambulasında qeyd olunan “erməni dövlətçiliyinin əsas prinsiplərinə və istiqlal bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq” müddəası heç bir prinsip və məqsədə istinad etmir;
Beləliklə, rəsmi İrəvan məhkəmə qərarı ilə qondarma “miatsum”dan – Qarabağın Ermənistana birləşməsi ideyasından imtina etdiyini elan edir. Və bunun Paşinyanın BMT-dəki çıxışından sonra olması təsadüfi deyil.
Paşinyanın BMT-də “COP-29-a qədər sülh sazişini imzalayaq” çağırışı “razılaşdırılmayan bəndləri kənara qoyaraq, razılaşdırılan bəndlər üzərində sazişin imzalanması” məqsədinə beynəlxalq dəstəyin əldə edilməsinə hesablanıb. Burada COP-29 detalı da Ermənistanın məqsədinə xidmət edir. Çünki iqlim tədbirinə qədər Bakı-İrəvan xəttində sülhlə bağlı sənədin imzalanması üçün beynəlxalq çağırışlar var. Rəsmi Bakı buna hazır olduğunu daha öncədən bəyan edib, lakin cari şərt kimi Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsini irəli sürüb. Ermənistan konstitusiyasını dəyişdirmək, ən azı bunu indi etmək niyyətində deyil, lakin sazişin imzalanmasını da istəyir. Və siyasi manevrlə özünə meydan açır:
- COP-29-a qədər sazişi imzalamağa hazır olduğunu beynəlxalq ictimaiyyətə - bunu istəyən qüvvələrə çatdırır;
- Konstitusiya məhkəməsinin qərarı ilə qondarma “miatsum”dan imtina edərək, “Bakının konstitusiyada təhlükə kimi gördüyü məsələnin həll edildiyi” və “sazişin imzalanması önündə maneənin qalmadığı” rəyini yaratmağa çalışır;
Ermənistanın məqsədi razılaşdırılan bəndlər üzərində sazişin imzalanmasıdır. Bununla həm razılaşdırılmayan məsələləri – Bakının tələblərini arxa plana keçirir, həm də münasibətlərin normallaşması üçün Azərbaycan tələbini irəli sürən Türkiyənin şərtini icra edərək, sərhədlərin açılmasına, Qərbə çıxış imkanı əldə etməyə nail olmaq istəyirlər. Hərçənd, rəsmi Bakı sülh sazişinin paket şəkildə imzalanmasından yanadır və konstitusiya problemi bu və ya digər formada həll edilsə belə, bütün tələblər icra edilmədən müqavilənin baş tutması sual altındadır.

3-10-2024, 11:20 116

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106