Ard-arda xüsusi əməliyyat: Rusiya Azərbaycana qarşı təxribata hazırlaşır?


Xəbər verdiyimiz kimi son günlər mediada Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumatda isə belə bir halın olmadığı deyilib. Xəbər təkzib edilib. 
Rusiya və Azərbaycan arasındakı mövcud münasibətlər, gərginlik fonunda şimal bölgəsindəki rayon və əsasən də kəndlərlə bağlı nə kimi təhlükə var?
Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, Daxili İşlər Nazirliyi yaydığı bəyanatda Azərbaycanın sözügedən bölgələrdə hər hansı post qoymağı zəruri hesab etmədiyini bildirir:
“”Sərhəd-sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonlarda uzun illərdir ki, belə tədbirlərin keçirildiyi bildirilir. DİN və Dövlət Təhlükəsizlik Xidməti bir neçə gün öncə “Meşə qardaşları” ilə bağlı da əməliyyat keçirdilər. Məlum oldu ki, terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı 8 nəfər zərərsizləşdirilib, 6 nəfər isə həbs olunub. DİN-in ard-arda bəyanatları fonunda “Meşə qardaşları” ilə bağlı məsələnin üzərində dayansaq, bir çox məqam aydın olar.
Elçin Abdullayev
“Meşə qardaşları” adı altında fəaliyyət göstərən terror qruplaşması Dağıstan Respublikasından dəstək alır. Azərbaycana qarşı təsir rıçaqı kimi Rusiya ərazisindən istifadə olunur. Rusiya çox vaxt rəsmi Bakı və Moskva arasında soyuqluq yarananda dərhal öz təhdid vasitələrini işə salır. Bunlardan biri də “Meşə qardaşları” və Azərbaycanın şimal cinahında olan əlaltılarıdır. Dekabrın 25-də məlum təyyarə qəzasından sonra Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaranıb. Bütün dünyanın Rusiyadan üz çevirdiyi bir vaxtda Azərbaycanın rəsmi Moskva ilə isti münasibət qurmasına baxmayaraq rəsmi Moskva səhvini qəbul edərək öhdəliklərini yerinə yetirməkdən yayınır”.
Politoloqun sözlərinə görə, Rusiya münasibətləri normallaşdırmaq əvəzinə, digər variantlara əl atır:
“Bu variantlardan biri qeyd etdiyimiz qruplaşmalardır. Onların vasitəsilə Azərbaycana hədə-qorxu gəlməyə çalışırlar. Lakin Rusiyanın bu cür addımları rəsmi Bakını yolundan döndürməyəcək. Moskva öz vəziyyətini daha da ağırlaşdıracaq”.
Safura Bənnayeva

5-02-2025, 11:58 153

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106