Sumqayıtlı beynəlxalq münasibətlər üzrə ekspert yüksək vəzifəyə təyin edildi

 
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.
Sumqayit.tv 1979-cu ildə Sumqayıtda anadan olan Cavid Vəliyev 1996-cı ildə şəhərin 31 nömrəli orta məktəbini bitirib. Daha sonra dövlət xətti ilə Türkiyənin Egey Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 2002-ci ildə buradakı təhsilini başa vuraraq, Qazi Universitetində Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi alıb. 2006-cı ildən Ankara Universitetində doktorantura təhsili alıb və müxtəlif beynəlxalq təqaüdlərə layiq görülüb.

O, 2005–2009-cu illərdə Türkiyənin Milli Təhlükəsizlik Strateji Araşdırma Mərkəzində elmi işçi, daha sonra Cənubi Qafqaz şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırma Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, 2017-ci ildən isə ingilis dilində nəşr olunan Caucasus International jurnalının baş redaktoru olub. 2019-cu ildən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Xarici siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsində aparıcı ekspertlərdən biri olan Cavid Vəliyev müxtəlif analitik məqalələrin müəllifidir. Onun araşdırmaları qlobal və regional siyasət məsələlərinə həsr olunub.



10-03-2025, 18:46 175

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106