Ərdoğanın Putinə zəngi - Moskvanın dəstəyi Ankaraya lazımdırmı?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

Sumqayit.tv xəbər verir ki, bu barədə martın 28-də Türkiyə liderinin ofisi məlumat yayıb. Söhbət zamanı siyasətçilər Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Türkiyə liderinin ofisi həmçinin bildirib ki, prezident Ərdoğan regional problemlərin həllində Türkiyə ilə Rusiya arasında əməkdaşlığın xüsusi rolunu vurğulayıb.

O qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında hərbi münaqişənin sona çatmasına yönəlmiş prosesi diqqətlə izləyir və ədalətli və davamlı sülh danışıqlarının təşkili də daxil olmaqla istənilən dəstəyi verməyə hazırdır.

ABŞ Ər-Riyadda keçirilən görüşdə Rusiya və Ukrayna nümayəndələri ilə Qara dənizdə təhlükəsiz gəmiçiliyi təmin etmək, qüvvə tətbiqini istisna etmək və ticarət gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq barədə razılıq əldə edib. Prezident Ərdoğan bu mövzuya diqqət ayıraraq, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoş niyyətli addımların sülh prosesinə töhfə verəcəyini söyləyib. Ərdoğan ölkəsinin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Bildirilib ki, Suriyanın ərazi bütövlüyü çərçivəsində qalıcı sülh və sabitliyin təmin olunması, bu ölkənin birliyini pozmağa yönəlmiş etnik və məzhəb ayrı-seçkiliyi cəhdlərinin qarşısının alınması və Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün Türkiyə ilə Rusiyanın birlikdə fəaliyyəti vacibdir.

Diqqətə çatdırılıb ki, Suriyanın bundan sonra terror təşkilatları üçün əlverişli bir sahə olmaqdan tamamilə çıxarılması bu ölkənin sabitliyi üçün həyati əhəmiyyət daşıyır.

Qeyd edək ki, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə daxili vəziyyətin gərginləşməsi Rusiyada da ciddi izlənilir. Şübhə yoxdur ki, Rusiya Türkiyədə həmişə legitim hakimiyyəti dəstəkləyir. Turkiyə ilə Rusiya müxtəlif məsələlərə görə tərəfdaşdır. Məsələn, Rusiyanın təbii qazının satışında, "Akkuyu" AES-in tikintisində, müxtəlif energetika, tikinti, ticarət və başqa məsələlərdə Türkiyə Rusiyanın tərəfdaşıdır. Türkiyə Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır, Rusiya isə zaman-zaman bu ölkənin federallaşmasını istəyib. İndiki məqamda da Rusiya Suriyanın taleyinə münasibətdə eyni mövqedədir.

Türkoloq Polina Bekker bu günlərdə iki ölkə arasında münasibətləri şərh edərkən maraqlı fikirlər səsləndirmişdi. Onun sözlərinə görə, Kreml 20 ildir ki, Ərdoğanla işləyir və ondan nə gözlədiklərini bilirlər, amma hakimiyyətə yeni şəxs gələrsə, onunla da eyni anlaşma olacağını demək olmaz. "Əgər Türkiyədə hakimiyyıtə yeni şəxs gəlsə, Rusiya onunla ikitərəfli xarici siyasətimizi yenidən qurmalı olacağıq. Ona görə də Ərdoğanın təbii ki, qalması Rusiya üçün sərfəli olardı” deyə, ekspert deyib. //Musavat.com

 


28-03-2025, 15:37 213

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106