15 İyun – Milli Qurtuluş Günü: Xalqın seçimi, dövlətin xilası

 

Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onlar bir xalqın yalnız taleyini deyil, həm də gələcək nəsillərin yaşam fəlsəfəsini müəyyən edir. Məhz belə tarixi hadisələrdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətçiliyinin xilası, xalqın siyasi iradəsinin təntənəsi və Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gündür.

Bu sözləri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

1990-cı illərin siyasi xaosu və dövlətçilik böhranı

O xatırladıb ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ağır və mürəkkəb sınaqlarla qarşı-qarşıya qalmışdı:

“Dövlət idarəçiliyi praktiki olaraq yox dərəcəsində idi, ölkədə xaos hökm sürürdü. Siyasi çəkişmələr, ayrı-ayrı qrupların hakimiyyət uğrunda mübarizəsi, ordu və hüquq-mühafizə orqanlarının dağınıq vəziyyəti ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Eyni zamanda Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi torpaqlarımızın bir hissəsi itirilmişdi”.

Xalqın ümid yeri: Heydər Əliyev

Deputat bildirib ki, belə bir ağır və taleyüklü zamanda xalq öz xilaskarını axtarırdı:

“Bu xilaskar isə kifayət qədər idarəçilik təcrübəsi olan, milli maraqları hər şeydən üstün tutan böyük dövlət xadimi Heydər Əliyev idi. 1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli dəvəti ilə Ulu Öndər Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçildi. Bu, ölkə tarixində yeni bir mərhələnin, əslində isə Azərbaycanın siyasi və milli qurtuluşunun başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əvvəlcə siyasi sabitlik yaradıldı, dövlət aparatında nizam-intizam bərpa olundu. Qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycanın parçalanmaq təhlükəsi dəf edildi. Onun uzaqgörən siyasəti nəticəsində Konstitusiya hazırlandı və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edildi. Hüquqi baza formalaşdı, qanunvericilik və məhkəmə sistemləri quruldu, ordu gücləndirildi. Eyni zamanda Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin iqtisadi inkişafının əsası oldu. “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi 1994-cü ildə imzalandı və Azərbaycan iqtisadiyyatına milyardlarla xarici sərmayənin cəlb olunmasına zəmin yaratdı. Bu, yalnız iqtisadi inkişafı deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin etdi”.

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur

Parlamentari söyləyib ki, bu gün hər bir azərbaycanlı Heydər Əliyevi sadəcə bir siyasətçi kimi deyil, müstəqilliyimizin memarı, xalqın xilaskarı, milli dəyərlərin qoruyucusu kimi xatırlayır:

“Ümummilli liderin adı xalqımızın ruhuna yazılıb, qəlbinə həkk olunub. Qədirbilən xalqımız Ulu Öndərin əziz xatirəsini hər zaman uca tutur, çünki bu xatirə hər birimizin həyatına sabitlik, rifah və gələcək inamı bəxş edib. Onun irsi, ideyaları və Vətənə sevgisi milli kimliyimizin bir parçasına çevrilib. Heydər Əliyev yalnız bir dövrün yox, Azərbaycan xalqının əbədi Lideridir”.


Qurtuluşdan Zəfərə aparan yol

S.Salmanova qeyd edib ki, bu gün fəxrlə deyilir ki, Heydər Əliyevin qoyduğu təməl üzərində müasir, qüdrətli Azərbaycan qurulub:

“Onun siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlı və ardıcıl siyasət nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdik. Dövlətimizin ərazi bütövlüyü bərpa olundu, suverenliyimiz tam şəkildə təmin edildi. Artıq bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da öz sözünü deyən, təşəbbüslərlə çıxış edən, iqtisadi və siyasi sabitliyə malik olan bir dövlətdir. Bütün bu nailiyyətlərin kökündə isə 15 İyunda atılan tarixi addım, xalqın və liderin birliyi dayanır.
Əminəm ki, Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, regionda və dünyada öz mövqelərini daha da möhkəmləndirəcək”.


12-06-2025, 11:24 305

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106