Deputat Səbinə Salmanova: “Azərbaycan beynəlxalq hüququn müdafiəçisinə çevrilib”

Qədim və əzəli Azərbaycan şəhəri Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi mühüm hadisə kimi tarixə düşdü. Zirvə görüşünün Xankəndidə baş tutması dərin mənəvi və siyasi anlam daşıyırdı. Bu, zaman-zaman çətin sınaqlardan çıxmış, tarix boyu öz milli maraqlarına sadiq qalmış Azərbaycan xalqının iradəsinin, dövləti və lideri ətrafında bir yumruq kimi birləşərək qazandığı böyük zəfərin diplomatik təntənəsi idi.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev tədbirin açılış mərasiçində çox gözəl, məzmunlu və strateji baxımdan önəmli çıxış etdi:

“Dövlət başçımızın açılış nitqindəki fikirləri təkcə Azərbaycanın regional güc kimi artan rolunun deyil, həm də beynəlxalq hüquqa, tarixi ədalətə və milli maraqlara əsaslanan ardıcıl siyasətinin aydın ifadəsi idi. Hesab edirəm ki, bu çıxış təkcə tədbir iştirakçılarına deyil, bütün dünyaya ünvanlanmış siyasi və mənəvi mesajlar toplusu oldu. Hər bir cümlə, hər bir vurğu düşünülmüş, ölçülmüş və diplomatik cəhətdən dəqiq hesablanmış idi”.

Onun sözlərinə görə, Azərbaycan bu gün böyük regional gücə çevrilib:

“Ölkəmiz bu gün təkcə öz vətəndaşlarının yox, regionun təhlükəsizliyi və tərəqqisi üçün strateji layihələr həyata keçirir. COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi, 12 ölkəyə təbii qaz ixrac etməsi və Zəngəzur dəhlizi kimi nəqliyyat təşəbbüsləri ölkəmizin dayanıqlı inkişaf və enerji təhlükəsizliyi üzrə qlobal aktor kimi qəbul edilməsinə şərait yaradır”.

Parlamentari qeyd edib ki, Prezident İlham Əliyev çıxışında 30 ilə yaxın davam edən işğalın nəticələrinə - etnik təmizləməyə, dini və tarixi abidələrin məhvinə, məscidlərin təhqirinə və 1 milyondan artıq mina ilə çirkləndirilmiş torpaqla bağlı məsələlərə də diqqət çəkib:

“Ermənistanın bu əməlləri yalnız Azərbaycanın deyil, bütün bəşəri dəyərlərin və beynəlxalq hüququn pozulmasıdır. Bu gün Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, ədalətin, insan hüquqlarının və beynəlxalq qanunların müdafiəçisi kimi çıxış edir”.

S.Salmanova onu da vurğulayıb ki, Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında Qərbi Azərbaycan məsələsinə də geniş yer ayırdı:

“Ölkə başçımızın çıxışında vurğulanan əsas məqamlardan biri də Qərbi Azərbaycanlıların tarixi torpaqlarına dinc yolla qayıtmaq hüququ oldu. Bu, yalnız milli maraqlar məsələsi deyil, həm də fundamental insan hüquqları baxımından beynəlxalq hüququn tələblərinə əsaslanan haqlı mövqedir. Qərbi Azərbaycanlılar əsrlərlə yaşadıqları dədə-baba torpaqlarından (indiki Ermənistan ərazisindən) mərhələli şəkildə deportasiya olunub, əmlakları talan edilib, məscid və qəbiristanlıqları dağıdılıb. Onların qayıdış hüququ, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Vətəndaş və Siyasi Hüquqlar Haqqında Pakt və Avropa İnsan Hüquqları Konvensiyası kimi nüfuzlu beynəlxalq sənədlərlə qorunur. Artıq bu məsələ beynəlxalq platformalarda da ciddi şəkildə gündəmdədir. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının son iclasında qəbul olunmuş “İstanbul Bəyannaməsi” Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləyən ilk rəsmi beynəlxalq sənədlərdən biri kimi tarixə düşdü. Bu sənəddə Ermənistan açıq şəkildə çağırılır ki, Qərbi azərbaycanlıların hüquqlarını tanısın və onların geri dönüşünü təmin etsin”.

Deputat söyləyib ki, Ermənistan beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

“İnsanların öz doğma torpaqlarına qayıtmaq hüququnun tanınmaması, yalnız humanitar dəyərlərə zidd deyil, həm də etnik təmizləmə ilə müşayiət olunan hüquq pozuntusudur. Ermənistan regionda sülh və əməkdaşlıq istəyirsə, ilk növbədə, Qərbi Azərbaycanlıların təhlükəsiz və hüquqi təminatlı şəkildə geri dönüşünə şərait yaratmalıdır. Azərbaycan isə bu qayıdışın yalnız hüquqi çərçivədə və dinc yolla baş verməsini dəstəkləyir. Dövlətin bu sahədə həyata keçirdiyi “Qayıdış Konsepsiyası” da məhz sülhə, dialoqa və beynəlxalq hüquqa əsaslanan bir yanaşmanı təcəssüm etdirir”.

5-07-2025, 11:09 263

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106