Bir sıra dünya liderlərindən Prezident İlham Əliyevə təbrik məktubları göndərilib

Azərbaycanın Müstəqillik Günü münasibətilə bir sıra ölkələrin liderləri Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayıblar.

Sumqayit.tv  xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov məktubunda Azərbaycanı sürətlə inkişaf edən və beynəlxalq əməkdaşlıqda mühüm rol oynayan dövlət kimi qiymətləndirib. O, Türkmənistan-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb.

Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədov da təbrik məktubunda iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edərək, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

Tacikistan Prezidenti Emoməli Rəhmon isə Azərbaycanla strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə inandığını qeyd edib.

Belarus Prezidenti Aleksandr Lukaşenko da təbrik məktubunda Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bildirib və Belarus-Azərbaycan strateji tərəfdaşlığının inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.


25-05-2026, 19:06 70

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106