Bakı–Brüssel xəttində yeni mərhələ: Azərbaycan artıq Avropa üçün strateji zərurətdir

İyulun 1-də Bakıda Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin keçirdiyi görüş və mətbuata verdikləri bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni siyasi mərhələnin başlandığını nümayiş etdirdi. Bu, sadəcə növbəti diplomatik görüş deyildi. Son aylarda Avropa İttifaqı rəhbərliyinin ən yüksək səviyyədə ardıcıl şəkildə Bakıya səfərləri göstərir ki, Brüssel artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik siyasətinin ayrılmaz hissəsinə çevrilib. 

Prezident İlham Əliyevin "Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik" fikri diplomatik nəzakət ifadəsindən daha çox son illərin geosiyasi reallığının siyasi təsbitidir. Həqiqətən də, əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, ardınca xarici siyasət rəhbəri Kaya Kallasın, daha sonra isə Ursula fon der Lyayenin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi xüsusi önəmi açıq şəkildə ortaya qoyur. Ən diqqətçəkən məqamlardan biri enerji məsələsinin artıq təkcə iqtisadi deyil, siyasi təhlükəsizlik məsələsinə çevrilməsidir. Prezident İlham Əliyev təsadüfi olaraq bildirmədi ki, "Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir." Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyir ki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardan birini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış Strateji Enerji Memorandumu bu gün konkret iqtisadi nəticələr verir və Brüssel bunu açıq şəkildə etiraf edir. Lakin münasibətlər artıq yalnız qaz üzərində qurulmur. Prezident Əliyevin açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin də Azərbaycanda formalaşdığını göstərir. Növbəti beş-altı il ərzində səkkiz giqavat günəş və külək enerjisinin istehsalına imkan verəcək müqavilələrin imzalanması Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilmək iddiasını gücləndirir. Xəzərin küləyi və Azərbaycanın günəşi artıq Avropanın enerji balansının gələcək elementlərindən biri kimi qiymətləndirilir. Ursula fon der Lyayenin də çıxışında Azərbaycanın təmiz enerji və elektrik bağlantıları üzrə böyük potensiala malik olduğunu vurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir. 

Görüşün digər strateji istiqaməti nəqliyyat və logistika idi. Dünyada ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz və Şimal–Cənub nəqliyyat xətləri Azərbaycanın əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlər üzrə artır və ölkə buna uyğun olaraq liman, dəmir yolu və logistika infrastrukturuna milyardlarla investisiya yatırır. Bu gün Avropa üçün Cənubi Qafqaz artıq Asiya ilə birləşdirən strateji qapıdır. Məhz buna görə də Avropa Komissiyası regionun nəqliyyat, enerji və rəqəmsal bağlantısını gücləndirmək məqsədilə 200 milyon avroluq yeni təşəbbüs elan edib. 

Diqqət çəkən ən mühüm siyasi mesajlardan biri isə sülh prosesi ilə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh artıq qurulub və Bakı bunun praktik nəticələrini göstərmək üçün konkret addımlar atır. Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yanacaq ixracının başlanması regionda yeni iqtisadi münasibətlər modelinin formalaşdığını göstərir. 

Onun "Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur" fikri əslində Azərbaycanın yeni regional strategiyasının mahiyyətini ifadə edir. Burada diqqət çəkən başqa məqam Avropa Komissiyasının da bu prosesi açıq şəkildə dəstəkləməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün maliyyə və siyasi dəstək verməyə hazır olduğunu bəyan etməsidir. 

Bütün bunların fonunda Bakı ilə Brüssel arasında münasibətlərin mahiyyəti dəyişir. Bir neçə il əvvəl əsas müzakirə mövzusu enerji tədarükü idisə, indi gündəlikdə ticarət, yaşıl enerji, nəqliyyat dəhlizləri, regional təhlükəsizlik, sülh və uzunmüddətli iqtisadi inteqrasiya dayanır. Avropa Komissiyasının yeni hərtərəfli əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək niyyətini açıqlaması da bunun göstəricisidir. 

Bu görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq Avropa üçün sadəcə enerji ixrac edən ölkə deyil. O, Avrasiyanın yeni geosiyasi və geoiqtisadi xəritəsində əsas dayaq nöqtələrindən biridir. 

Dövlət başçımızın "Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" fikri məhz bu reallığın siyasi ifadəsidir. Müasir beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş olmaq ən qiymətli strateji kapital hesab olunur. 

İyulun 1-də Bakıda verilən mesaj isə aydın idi: Avropa ilə Azərbaycan arasında münasibətlər artıq keçmişin ehtiyacları üzərində deyil, gələcəyin ortaq maraqları üzMillət vəkili Bakı–Brüssel münasibətlərində yeni mərhələni şərh etdiərində qurulur.

Elnarə Akimova,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

Filologiya elmləri doktoru


3-07-2026, 15:12 82

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106