Ermənistanın mədəni irsimizə qarşı vandalizmindən bəhs edən nəşrlərin təqdim olunub



Noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində “Qarabağın qara kitabı” və “Qarabağ – Qələbəyə doğru” kitablarının təqdimat mərasimi keçirildi.

Sumqayit.tv xəbər verir ki, tədbirdən əvvəl torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov qarşıdan gələn Zəfər Günü münasibətlə tədbir iştirakçılarını təbrik etdi. Qarabağda aparılan bərpa-quruculuq işlərindən söz açan nazir diqqətə çatdırdı ki, hazırda xalqımız tariximizin ən şərəfli günlərini yaşayır: “Artıq 30 il həsrətdən sonra torpaqlarımız, Qarabağımız, mədəniyyətimizin beşiyi Şuşamız azaddır. Bütün dünyaya bəyan edirik ki, bu torpaqların əsl sahibləri bizik. Hazırda Qarabağa mədəniyyətimizi, ruhumuzu, milli kimliyimizi qaytarmaq istiqamətində böyük işlər görülür. İşğaldan azad olunmuş ərazilərdə həyat canlanır. Bu gün təqdim edilən nəşrlərdən əlavə Mədəniyyət Nazirliyinin digər önəmli layihəsi də "Qarabağa kitabla gedək"dir. Bununla dünyaya göstəririk ki, Qarabağa silahla yox, kitabla, mədəniyyətlə qayıdırıq. Bu kitablar vasitəsilə dünya Ermənistanın işğal dövründəki qeyri-qanuni əməllərindən, cinayətlərindən xəbərdar olacaq. Bu gün təqdim olunan Azərbaycan, ingilis və rus dillərində kitablar da məhz bu məqsədə xidmət edir. Ermənilər işğal dövründə tarixi torpaqlarımızdan Azərbaycanın mədəni izlərinin silinməsinə çalışıblar. Bu, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bu layihələri həyata keçirməkdə məqsədimiz erməni vəhşiliklərini dünyaya çatdırmaqdır. Mədəniyyət Nazirliyi olaraq belə təşəbbüslərə daim dəstək oluruq”.
"İRS" jurnalının baş redaktoru Musa Mərcanlı çıxış edərək vurğuladı ki, nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən kitablarda Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalı, işğal nəticəsində mədəni irs nümunələrimizin dağıdılması və vandalizmə məruz qalmasından geniş bəhs olunur. Yeni nəşrlərdə Vətən müharibəsi, Zəfərə aparan yol və doğma torpaqlarımıza yenidən həyatın qaytarılması istiqamətində görülən işlər də öz əksini tapıb. Bildirildi ki, yeni nəşrlər Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “İRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İRS” silsiləsi çərçivəsində ərsəyə gəlib.
"Paşa Həyat Sığorta" ASC-nin İdarə heyətinin sədri Niyaz İsmayılov və "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev çıxış edərək yeni nəşrlərin ərsəyə gəlməsində əməyi keçən yaradıcı heyətə minnətdarlıqlarını ifadə etdilər. Vurğulandı ki, işğalçıların törətdikləri dağıntıları, vəhşilikləri və bütün həqiqəti dünya ictimaiyyəti bilməlidir. Bu gün də informasiya müharibəmiz davam edir.
Qeyd olundu ki, “İRS” layihəsi çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri”  və s. kitablar işıq üzü görüb. “İRS” seriyasından nəşr olunan kitablar Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə oxuculara tanıdır, təbliğ edir.
Çıxışlardan sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdi. Kompozisiyada Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında xalq mahnıları və təsniflər səsləndi. Tədbir “Qarabağ şikəstəsi”nin sədaları ilə yekunlaşdı.

4-11-2021, 11:24 228

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106