Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) yüzlərlə hökumətə və özəl strukturlara hücum etdiyi üzə çıxdı

Sumqayit.tv virtualaz-a istinadən xəbər verir ki, ABŞ və Britaniyanın təhlükəsizlik orqanları Rusiyanın Baş Kəşfiyyat İdarəsi – GRU kimi tanınan hərbi kəşfiyyatının istifadə etdiyi qlobal qaba qüvvə metodlarını ifşa etdiklərini bildiriblər. İki ölkənin kəşfiyyat strukturları bildirirlər ki, GRU bu metodlardan dünya boyunca yüzlərlə hökümət və özəl təşkilata qarşı ziyanlı kiberfəaliyyətində istifadə edir.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) iyulun 1-də açıqladığı tövsiyə-hesabatda GRU əməliyyatçılarının kiberhücumlarından bəhs olunur. Qeyd olunur ki, Rusiya 2016 və 2020-cı il ABŞ seçkilərinə müdaxilə cəhdlərində, 2015-ci ildə Almaniya parlamenti – Bundestaqa və ya Ukraynanın enerji şəbəkəsinə haker hücumlarında bu metodlardan istifadə edib.

Hesabatda Baş Kəşfiyyat İdarəsinin 85 nömrəli Baş Xüsusi Xidmətlər Mərkəzinin fəaliyyəti barədə təfsilatlı məlumat verilir. Qeyd olunur ki, bu mərkəz ABŞ-ı və yüzlərlə beynəlxalq təşkilatları hədəfləyərkən hökumətlər və özəl sektordakı  qurbanlarından ibarət şəbəkəyə sirayət etmək məqsədilə “qaba gücdən” istifadə edib.
Milli Təhlükəsizlik Agentliyinin kibertəhlükəsizlik üzrə direktoru Rob Coys bəyan edib ki, Rusiyanın kiberkampaniyasında iştirak edən hakerlər çox sayda parol variantlarını yoxlayır və beləliklə əsl parolu aşkar etməyə çalışırlar. Coys bu fəaliyyətin hazırda da davam etdiyini ehtimal etdiyini deyib.

Agentlik hesabatında  bildirir ki, Rusiya Baş Kəşfiyyat İdarəsi - GRU-ya bağlı əməliyyatçılar həyati əhəmiyyətli şəbəkələrə - Microsoft-un Office 365 bulud xidmətlərindən (cloud services); Google tərəfindən işlənib hazırlanmış “Kubernetes” açıq mənbə alətindən və başqa bulud və elektron poçt ximətlərindən isitifadə ilə müdaxiləyə cəhd göstərirlər.
Hesabatda deyilir ki, bu hücumların hədəfləri sırasına hökumət və hərbiyyə, habelə müdafiə sahəsindəki podratçı şirkətlər , enerji şirkətləri, ali təhsil müəssisələri, logistika və hüquq firmaları, siyasi məsləhətçilər və analitik mərkəzlər daxildir.
ABŞ kəşfiyyatı bildirir ki, hücumlardan qorunmaq üçün “qaba qüvvə cəhdləri” zamanı şübhə yaratmayan “çoxfaktorlu identifikasiyadan “istifadə olunması ən effektiv yollardan biridir.
virtualaz.org

2-07-2021, 10:49 382

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106